Evi yandıracağı ilə hədələyib, pulunu, qızılını oğurladı
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Aeroportda sərnişinin 10 minlik qızılını oğurladı
09 Sentyabr 2025 13:18
Lənkəranda gəlin qaynının 9 minlik qızılını oğurladı
24 Dekabr 2025 16:28
Yaşlı insanların pulunu, qızılını oğurlayıblar DİN / VİDEO
16 Dekabr 2024 12:32
“Öz tantuni”də hadisə Xadimə aşpazın qızılını oğurladı
09 İyul 2025 11:54
Ustaların pulunu oğurladı Həbs edildi
28 Aprel 2025 23:15
Baxış sayı:68
Bu xəbər 05 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















