Icma.az
close
up
RU
“Evimdə oturmuşdum, məhkəmədən bildiriş gəldi ki, ora sənin deyil” MƏHKƏMƏ

“Evimdə oturmuşdum, məhkəmədən bildiriş gəldi ki, ora sənin deyil” MƏHKƏMƏ

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə “Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı məhkəmə prosesi keçirilib.

Lent.az  xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib. Zərərçəkən Elçin Gülalıyev təqsirləndirilən şəxslərdən ancaq Xəzər Əliyevi tanıdığını deyib:

"2021-ci ildə Abşeronun Xırdalan şəhərindən ev aldım. Əvvəlcə maklerlərə yaxınlaşdım. Adları Ədalət, Hakim, Mehman idi. Onlar mənə evlə bağlı dedilər ki, bəs belə bir ev var. Birlikdə getdik. Xəzər evi göstərdi, bəyəndim. Mənə dedilər ki, evin əsas yiyəsi var,  Vüsal. Gəldi, notariusda alqı-satqı etdik. Bank vasitəsilə  60 000 ödədim, müqavilə bağladım. Xeyli vaxt yaşadım o evdə. Bir gün Abşeron rayon Məhkəməsindən bildiriş gəldi ki, sizdən qabaq bu evi alıblar. İş korrupsiyadan bu məhkəməyə gəldi".

Zərərçəkən Vüsal Hüseynov Xanlardan Xırdalanda ev aldığını dedi: "Sonradan evin Elçinin olduğunu bildim. Əgər əvvəldən bilsəydim, o evə heç yaxın da durmazdım".

Daha sonra növbəti proses 10 dekabr saat 09:50-yə  təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaqla qeyd olunan hüquqi şəxsin təsisçisi və faktiki rəhbəri Xanlar Cəfərov, satış üzrə meneceri Xəzər Əliyev və sonuncunun tanışı Elgiz İsmayılovun qabaqcadan əlbir olaraq saxta sənədlər təqdim etməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasında faktiki sahibi olan mənzillərin dələduzluq yolu ilə təkrarən digər vətəndaşlara satılmasına nail olmalarına, bu yolla külli miqdarda pul vəsaitini ələ keçirmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xanlar Cəfərov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə, Elgiz İsmayılov və Xəzər Əliyev isə həmin Məcəllənin 178.3.2 və 320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Dekabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri