Evində dini yığıncaq keçirdi, cəzalandırıldı
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda evdə dini toplantı keçirilməsi aşkar edilib.
Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonu, Süleyman Bağırov küçəsində qeydə alınıb.
46 yaşlı paytaxt sakini Mahir Talıbov (ad və soyad şərtidir) yaşadığı evdə bir qrup şəxsin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil edib. Bu barədə daxil olan məlumat əsasında polis əməkdaşları şəxsin yaşadığı evə baxış keçiriblər və həqiqətən də mənzildə dini toplantı keçirildiyi aşkar edilib.
Bu səbəbdən Mahir Talıbov barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə onun barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 18 Aprel 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















