Evində meyiti tapılan polisi həyat yoldaşının öldürdüyü ortaya çıxıb
Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kocaelinin Körfez rayonunda evində ölü tapılan polisin cinayəti ilə bağlı dəlillər ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Körfez rayonunun Yavuz Sultan Səlim səmtində, Şeyda küçəsində yerləşən binada baş verib.Belə ki, polis əməkdaşı Sinan Cem Bayır evdə həyat yoldaşı tərəfindən başından silahla vurulmuş vəziyyətdə tapılıb. Bayırın həyat yoldaşı dərhal polis və təcili tibbi yardıma məlumat verib. Qısa müddətdə hadisə yerinə gələn həkimlər polis məmuru Bayırın öldüyünü təyin edib.
Araşdırma zamanı cinayəti Bayırın həyat yoldaşının törətdiyi məlum olub.
Faktla bağlı detallar hələki ictimaiyyətlə paylaşılmayıb.
Qeyd edək ki, araşdırma zamanı Sinan Cem Bayırın xərçəng müalicəsi aldığı məlum olub.
Faktla bağlı istintaq davam edir.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















