Evindən Hitlerin kitabı tapıldı Atışmada şübhəli bilinir
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanları hədəf alıb.
Hadisə ilə bağlı irqi nifrət zəminində törədilmiş terror aktı faktı üzrə cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin mənzilində axtarış zamanı Adolf Hitlerin "Mənim mübarizəm" kitabını aşkar ediblər. Hazırda istintaq onun ifrat sağçı qruplaşmalarla mümkün əlaqələrini araşdırır.
Bundan başqa, şübhəlinin avtomobilində narkotikə bənzər maddə tapılıb. Maddənin tərkibi ekspertlər tərəfindən araşdırılır. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, atışma oktyabrın 23-də yerli vaxtla saat 10:30-da Paris ətrafındakı Trapp şəhərində baş verib. Rəsmi məlumata görə, 39 yaşlı kişi avtomobildən düşmədən yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində fransalı MMA döyüşçüsü Penqo Bossio Vanqi həlak olub.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















