Icma.az
close
up
RU
Evini satmaq istəyənlərə ŞAD XƏBƏR Bu qədər bahalaşdı

Evini satmaq istəyənlərə ŞAD XƏBƏR Bu qədər bahalaşdı

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, iyun ayında daşınmaz əmlak bazarında əsas hərəkətverici qüvvə yenə də torpaq seqmenti olub. Mövsümi aktivlik, fərdi yaşayış evlərinə marağın artması və yeni tikinti üçün yararlı torpaq ehtiyatlarının məhdudlaşması qiymətlərin daha sürətli yüksəlməsinə səbəb olub. Mənzil bazarında isə yeni tikili və kotlovan layihələrində artım davam etsə də, köhnə tikili mənzillərdə qiymət artımı əvvəlki aylarla müqayisədə daha mülayim olub.

1.      MƏNZİL BAZARI ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

Yeni tikili mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalmaqda davam edib. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayimdir.

Rayon Yeni tikili Köhnə tikili Kotlovan Nərimanov 1.7% 1.8% 2.4% Yasamal 1.8% 2.0% 2.6% Binəqədi 1.4% 1.5% 2.2% Xətai 1.7% 1.7% 2.4% Sabunçu 1.3% 1.6% 2.0% Səbail 1.9% 2.2% 2.8% Nəsimi 1.8% 2.1% 2.7% Qaradağ 1.2% 1.0% 1.6% Suraxanı 1.4% 1.5% 1.9% Pirallahı 1.0% 1.1% 1.3% Nizami 1.6% 1.9% 2.0% Xəzər 1.2% 1.3% 1.5%   2. TORPAQ VƏ DİGƏR SEQMENTLƏR ÜZRƏ İYUN AYI DİNAMİKASI (%)

İyun ayında Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarı rayonlar arasında liderlik edərək ən yüksək aktivlik nümayiş etdirib. Mərkəzi rayonlarda isə məhdud təklif fonunda fərdi yaşayış evlərində artım sabit qalıb.

Rayon Torpaq Qeyri-yaşayış Fərdi yaşayış Nərimanov 2.7% 2.3% 1.7% Yasamal 2.6% 2.4% 1.6% Binəqədi 3.3% 1.8% 2.2% Xətai 2.9% 2.1% 1.7% Sabunçu 3.7% 1.7% 2.3% Səbail 2.8% 2.6% 1.5% Nəsimi 2.6% 2.5% 1.5% Qaradağ 3.0% 1.5% 1.8% Suraxanı 3.5% 1.7% 2.2% Pirallahı 2.3% 1.3% 1.6% Nizami 2.6% 2.0% 1.7% Xəzər 3.2% 1.5% 2.5%

İyun ayının nəticələri göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davamlı xarakter alıb. Ən yüksək artım torpaq bazarında qeydə alınır. Kotlovan layihələri investisiya baxımından cəlbediciliyini qoruyur, yeni tikili mənzillərdə sabit yüksəliş müşahidə olunur, köhnə tikili mənzillərdə isə qiymət artımı daha mülayim templə davam edir. Mövcud dinamikanın ilin ikinci yarısında da bazarın ümumi inkişafını dəstəkləyəcəyi gözlənilir.

İyun ayı üzrə təqdim etdiyimiz dinamikanı və 2026-cı il üçün gözlənilən illik artımların təxminən yarısının artıq formalaşdığını nəzərə alaraq, rayonlar üzrə 2025-ci ilin iyun ayı ilə müqayisədə vəziyyəti belə təqdim etmək olar:

Rayon Yeni tikili Köhnə tikili Kotlovan Torpaq Obyekt Fərdi yaşayış Nərimanov 7% 5% 9% 10% 7% 6% Yasamal 7% 6% 10% 11% 7% 6.5% Binəqədi 6% 5% 8% 8% 5% 5% Xətai 7% 5% 9% 9.5% 6% 7% Sabunçu 5% 5% 8% 7% 5% 7% Səbail 8% 6% 10% 12% 8% 6% Nəsimi 7% 6% 10% 11% 8% 6% Qaradağ 5% 4% 6% 5% 4% 4% Suraxanı 5% 5% 7% 8% 5% 7% Pirallahı 4% 3% 5% 4% 3% 4% Nizami 6% 5% 8% 8% 6% 5.5% Xəzər 5% 4% 6% 13% 4% 8%

İlk yarımillikdə ən yüksək qiymət artımı Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının torpaq bazarında, həmçinin Səbail, Yasamal və Nəsimi rayonlarında kotlovan layihələrində müşahidə olunub. Bakı üzrə ən dinamik seqment torpaq bazarı olaraq qalır və bəzi ərazilərdə qiymət artımı artıq illik proqnozun yarıdan çox hissəsini təmin edib.

Seqment 2026-cı ilin ilk 6 ayı üzrə qiymət artımı Yeni tikili mənzillər 7% Köhnə tikili mənzillər 5% Kotlovan layihələri 9% Torpaq sahələri 13% Qeyri-yaşayış obyektləri 7% Fərdi yaşayış evləri 6%

Beləliklə, 2025-ci ilin iyun ayı ilə müqayisədə bazarda artım davam edib və ən yüksək dinamika yenə də torpaq bazarında müşahidə olunub. İlk yarımilliyin nəticələri göstərir ki, torpaq və kotlovan seqmentləri illik proqnozları qabaqlayır, mənzil və obyekt bazarında isə artım daha sabit xarakter daşıyır. Mövcud tendensiya qorunarsa, ilin sonuna qədər torpaq bazarında 25%-ə, kotlovan layihələrində isə 18%-ə yaxın illik qiymət artımı qeydə alına bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri