Icma.az
close
up
RU
Evlənənlərin yarısı niyə boşanır? ŞOK SƏBƏBLƏR

Evlənənlərin yarısı niyə boşanır? ŞOK SƏBƏBLƏR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Son illərdə evlənənlərin demək olar ki, yarısı boşanır”.

Bu sözləri sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, boşanmaların bir çox səbəbi var:

“Məsələn, sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək və orada gördüyü həyatı istəmək əsas səbəblər sırasındadır. Hətta bəzi insanlar sırf sosial şəbəkələrə paylaşım hazırlamaq üçün evlənir və valideyn olurlar. 

Bəzi xanımlar isə evi yığışdırmağa, yemək bişirməyə vaxtlarının olmadığını deyirlər, amma saatlarla rəfiqələri ilə restoranlarda otururlar. Necə vaxtları yoxdur ki, rəfiqələri ilə harasa gedirlər? 

Kişilərdə də eyni problem var. Evdə olmurlar, amma saatlarla çayxanda otururlar. Bu, qadın-kişi fərq etmədən evliliyin məsuliyyətini daşıya bilmədiklərini göstərir.

İnsan evlənəndə artıq “mən” yox, “biz” deyə düşünməlidir. Təbii ki, bu, onların şəxsiyyət kimi özlərindən imtina etmələri demək deyil. Hər bir insan ailəsinin bütövlüyünün qorunub-saxlanması üçün vəzifələrinin və öhdəliklərinin olduğunu dərk etməlidir”. 

Ekspert qeyd edib ki, atasının nazlı qızı ilə, anasının ərköyün oğlunun evliliyində məsuliyyət problemləri yaşanır:

“Belə evlilikdə onların hər ikisi sadəcə “mən” mövqeyindən çıxış etdiyi üçün toqquşmalar baş verir. Məsələn, qız “bu dırnaqla yemək bişirən deyiləm” kimi qəribə sözlər deyir.Bəylər isə evləndikdən sonra da subay olduqları kimi yaşamaq istəyirlər. Yəni, hər iki tərəf məsuliyyətdən qaçır. Bəylər futbola da, çayxana da gedə bilər, amma hər şeyin bir ölçüsü var. Həyat yoldaşları öhdəliklərini icra etmədikləri üçün boşanmalar artır”.

Mütəxəssis boşanmaların digər səbəblərindən də söz açıb:

“Ailəyə valideynlərin müdaxiləsi də boşanmalara gətirib çıxara bilər. Ona görə valideynlərin üzərinə düşən məsuliyyət də çox böyükdür.Onlar da bu yöndə uşaqlarına düzgün tərbiyyə verməlidirlər. Həmçinin, bəzi xanımların bahalı istəkləri də ailədə problemlərə yol açır. 

Məsələn, oğlanın 500-600 manat maaşı olmasına baxmayaraq, xanımı ondan bahalı nələrsə almasını istəyir. Onlar alınmadıqda isə sosial şəbəkələrdə digər xoşbəxt qadınları görəndə qısqanır.

Bu səbəbdən də boşanmaq istəyir. Eyni zamanda, bəzi kişilər isə öz həyat yoldaşına diqqət etmir, amma sosial şəbəkələrdəki və ya çöldəki digər xanımlara baxır. Belə səbəblər isə sonda ailənin dağılmasına gətirib çıxarır”.

Onun sözlərinə görə, sevgisizlik və ya diqqətsizlik də ailələrin dağılmasının əsas səbəblərindəndir:

“Əslində, boşanmaların səbəbləri kifayət qədər çoxdur. Günümüzdə gənclər sanki ailəni “şou”ya çeviriblər. Hər kəs sadəcə nələrisə göstərməyə çalışır. Gənc cütlüklərin əksəriyyəti ailələrində hər şeyin super olduğunu bildirir.
Məsələn, xanım əri ilə problem yaşasa da, zorla onun əlini onun əlinin üzərinə qoyaraq şəkil çəkib paylaşır. Bununla da çox mehriban olduqlarını göstərir. 

Başqa xanımlar da həmin kişinin xanımına diqqət göstərdiyini düşünərək, öz həyat yoldaşından da bənzər addımlar göstərməsini tələb edir.Nəticədə, ailədaxili problemlər yaşanır. Hər kəs fərd kimi xoşbəxt olmaq istəyir. Lakin evlilikdə birlikdə xoşbəxt olmağı düşünmək lazımdır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Psixoloq İlhamə Mustafayeva evlilik boşanma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri