Icma.az
close
up
RU
Evlənmək istəyənlərin nəzərinə: yer tapa bilməyəcəksiniz…

Evlənmək istəyənlərin nəzərinə: yer tapa bilməyəcəksiniz…

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı astroloq İrina Berezovskayanın toylarla bağlı fikri sosial mediada diqqət çəkib. O bildirib ki, 2026-cı il 26 iyun ən məşhur toy tarixi hesab olunur.

Sitat:  “2026-cı il iyunun 26-da evlənmək üçün ideal vaxtlar səhər saat 11:00-13:00 və 15:00-17:00 arasıdır. Mən bu vaxtlarda evlənməyi məsləhət görürəm, çünki bu tarixlə bağlı hər hansı qeyri-müəyyənliyi aradan qaldıracaq”.

Artır sözügedən tarixdə dünyanın hər yerində, o cümlədən Azərbaycanda da restoranlarda yer tapmağın mümkün olmayacağı düşünülür.

Globalinfo.az-a danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri, restoran sahibi Mürvət Həsənli bildirib ki, ölkəmizdə həmin tarixdə restoranlarda yer tapılmayacağı ilə bağlı deyilənlər yanlışdır:

“Çünki kifayət qədər şadlıq sarayları var. Amma belə “zerkalni” adlandırdığımız günlərdə toya tələbat çoxalır”.

Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, bu cür tarixlərə maraq insanların simvolik düşüncə tərzindən qaynaqlanır:

“İnsan beyni müəyyən ardıcıllıqları, uyğunluqları və “mənalı” təsadüfləri sevməyə meyllidir. Məsələn, 26.06.2026 tarixi həm simmetrik, həm də yadda qalması asan bir gündür. Belə tarixlər insanda nəzarət və sabitlik hissi yaradır, sanki “uğurlu” bir gün seçməklə gələcəkdə hər şeyin daha yaxşı olacağını düşünürlər. Bu, psixoloji olaraq təhlükəsizlik ehtiyacından qaynaqlanır. İnsanlar həyatlarının mühüm qərarlarını (toy, iş başlanğıcı, ev alışı və sair) təsadüfən yox, “doğru zamanda” etdiklərinə inanmaq istəyirlər”.

Zeynəb Əyyubova

Psixoloq əlavə edib ki, bunu müasir dövrdəki simvolik rituallar kimi qiymətləndirmək olar:

“Əslində qədim dövrlərdən bəri insanlar ulduzların, təbiət hadisələrinin və tarixlərin enerjisinə inanıb. Bu gün biz daha rasionallaşmış cəmiyyətlərdə yaşasaq da, həmin ritual düşüncə tam itmir. İnsanlar öz həyatlarını daha mənalı etmək istəyirlər və belə tarixlər də buna xidmət edir. Burada kütləvi təsir də mühüm rol oynayır. Sosial şəbəkələrdə və mediada “uğurlu tarix”, “enerjili gün” kimi fikirlər yayılır, digərləri də həmin dalğaya qoşulurlar. Beləcə, fərdi inam sosial tendensiyaya çevrilir.

Əgər insan yalnız tarixə güvənib, münasibətlərin üzərində işləmirsə, bu, problem yarada bilər. Amma əgər seçilmiş gün sadəcə mənəvi motivasiya, pozitiv rəmz kimi qəbul olunursa, müsbət emosional təsir göstərə bilər. Toy tarixi simvolik başlanğıcdır, lakin münasibətin uğuru tarixdən yox, emosional yetkinlikdən, qarşılıqlı hörmət və dəyərlərdən asılıdır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri