Icma.az
close
up
RU
Evlənmək üçün ən uğurlu ay hansıdır? Aybaay nikahın mənası və nəticələri

Evlənmək üçün ən uğurlu ay hansıdır? Aybaay nikahın mənası və nəticələri

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Evlilik planlayan cütlüklər arasında belə bir inanc var: toy etdiyin ay gələcək ailə həyatının necə keçəcəyinə təsir edir. Hətta batil inanclara çox da inanmayan insanlar belə, toy tarixini seçərkən “uğursuz dövrə düşməsin” deyə diqqətli davranırlar. 

Bəs hansı aylarda evlənmək uğurlu sayılır, hansı aylardan isə çəkinmək lazımdır? 

Lent.az mövzu ilə əlaqədar xarici mediaya istinadən məlumat verir. 

Yanvar – Ziddiyyətlər içində birlik

Yanvarda qurulan ailələr tez-tez xarakter qarşıdurmaları ilə üzləşə bilər. Xalq arasında deyilir: "Yanvarda evlənənlər tez soyuyar." Lakin bu, o demək deyil ki, belə ailələr dağılır. Əksinə, yanvar nikahı güclü, müstəqil və məqsədyönlü insanların birliyidir. Romantika bir qədər kölgədə qalsa da, dəstək və qarşılıqlı hörmət ön plandadır. Qədim inanclarda yanvarda evlənmək erkən dul qalmaq təhlükəsi ilə əlaqələndirilirdi.

Fevral – Ehtiras və sınaqlar

Fevral ayı riskləri sevən cütlüklər üçündür. Bu ayda qurulan ailələr ehtiraslı, lakin çətinlikli münasibətlərlə xarakterizə olunur. Deyirlər: “Fevral cütlüyü – alovla buz kimidir.” Bu ailələr çox sınaqdan keçsə də, çətin zamanlarda bir-birinə arxa durmaq gücünə sahib olurlar. Soyuq ay – isti hisslər: qədimlər bu nikahın uzunömürlü olacağına inanırdılar.

Mart – Ayrılıqlarla müşayiət olunan həyat

Mart ayında toy edənlər üçün belə bir deyim var: “Mart nikahı – ayrılıq gətirər.” Bu, fiziki ayrılıq mənasındadır. Məsələn, tərəflərdən biri xaricə işləməyə və ya təhsil almağa gedə bilər. Mart nikahı tez-tez fərqli ölkələrdən olan insanların birliyi ilə nəticələnir. Xaricdə həyat, fərqli mədəniyyətlər və uzun məsafələr bu evliliyin siması ola bilər.

Aprel – Dəyişkənlik və ehtiras

“Aprel toyu – bir gün günəş, bir gün leysan” – bu deyim apreldə qurulan nikahların dəyişkən xarakterinə işarədir. Belə ailələrdə emosional və maddi sabitlik dalğalı ola bilər. Lakin birlikdə gülməyi bacaran cütlüklər hər çətinliyi aşar.
Bu evlilikdə sükunət az, hisslər isə çoxdur.

May – Ənənəvi olaraq uğursuz ay sayılır

Ən məşhur inanclardan biri budur: “Mayda evlənən, bütün ömrü boyu əziyyət çəkər.” Bu inanc həm kilsə qadağaları, həm də ayın energetikası ilə əlaqələndirilir. Lakin müasir dövrdə uğur – ayda yox, tərəflərin uyğunluğundadır.

İyun – Harmoniya və sabitlik

İyun ayında toy etmək uğurlu sayılır. Təbii çiçəklənmə dövrü olduğuna görə, bu ayda qurulan ailələr harmonik, sabit və firavan olur. Amma bəzən bu münasibətlərdə ehtiras azlıq edə bilər. İyun nikahı – rahat və davamlı həyatın təməlidir.

İyul – Ailə güzgüsü

“İyul nikahı – güzgü kimidir: nə verərsən, onu alarsan.” Bu deyim belə izah olunur: tərəflərdən biri soyuq və dürüstsüz olsa, digəri də eyni davranışı sərgiləyəcək. Əgər qarşılıqlı hörmət və sevgi varsa – bu evlilik çox uzunömürlü olacaq.

Avqust – Güclü liderlərin ittifaqı

Avqust ayında evlənənlər adətən enerjili, temperamentli və iddialı şəxslərdir. Bu cütlüklər tez-tez mübahisə etsələr də, birlikdə biznes qurmaq və uğur qazanmaq potensialları yüksəkdir. Avqust nikahı – ehtiraslı, dinamik və güclü ailə həyatı deməkdir.

Sentyabr – Qızıl nikahın zəmanəti

“Sentyabrda evlənən, birlikdə qocalar.” Bu ay sakitlik, düşünülmüş qərar və sabitlik simvoludur. Belə ailələr istənilən çətinlik qarşısında bir-birinə arxa durmağı bacarır. Sentyabr nikahı – uzunömürlü və möhkəm münasibətin başlanğıcıdır.

Oktyabr – Ağılla qurulan, amma emosional olmayan münasibət

Oktyabr nikahları planlı və rasional yanaşma ilə seçilir. Tərəflər ailə büdcəsini, gələcəklə bağlı planları əvvəlcədən müəyyən edirlər. Lakin emosional tərəf zəifləyə və münasibət vərdişə çevrilə bilər. Qədim inanclarda belə evliliklər mübahisə, anlaşılmazlıq və soyuqluqla müşayiət oluna bilərdi.

Noyabr – Maddi rifaha açılan yol

Noyabr nikahı maddi bolluq, biznes imkanları və birgə uğur vəd edir. Belə cütlüklər ev, maşın, biznes kimi maddi nailiyyətlər əldə edə bilər. Amma pul sevgidən üstün tutulmamalıdır.

Dekabr – Uğurlu və ilahi xeyir-dualı birlik

“Dekabr nikahı – Allahlı nikahdır.” Ənənəvi inanclara görə, bu ayda evlənənlər xoşbəxt və sədaqətli ailə həyatı yaşayırlar. Bu münasibətlərdə sevgi, inam və qarşılıqlı qayğı ön plandadır. Dekabr nikahı – ilahi qoruma, səmimi və uzunömürlü birlik rəmzidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Avqust 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see235

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see164

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri