Icma.az
close
up
RU
Evlənsələr evdə qiyamət qopacaq UYĞUNLAŞMAYAN BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq UYĞUNLAŞMAYAN BÜRCLƏR

Icma.az, Shownews portalına istinadən məlumat verir.

Bürclər arasında elə cütlüklər var ki, münasibətləri ilk baxışdan ehtiraslı və maraqlı görünsə də, bir müddət sonra tam bir savaş meydanına çevrilə bilər. Astroloqların fikrincə, bəzi bürclərin xarakter fərqləri o qədər kəskindir ki, evlilik zamanı davamlı mübahisələr, qısqanclıq və anlaşılmazlıqlar qaçılmaz olur.
Bir-biri ilə ən çətin uyğunlaşan bürcləri təqdim edir:
Qoç və Xərçəng
Qoç azadlığı sevən, sərt və dominant xarakterə sahibdir. Xərçəng isə emosional, həssas və diqqət gözləyən bürcdür. Münasibətin əvvəlində biri digərini tamamlayırmış kimi görünsə də, zaman keçdikcə problemlər başlayır. Qoçun sərt davranışları Xərçəngi incidə, Xərçəngin həddindən artıq emosional olması isə Qoçu bezdirə bilər. Bu evdə ən çox eşidilən cümlə böyük ehtimalla "məni başa düşmürsən” olacaq.
Şir və Əqrəb
Hər iki bürc idarə etməyi və diqqət mərkəzində olmağı sevir. Problem də məhz buradan başlayır. Şir daim heyranlıq gözləyir, Əqrəb isə qısqanclığı və nəzarəti ilə tanınır. İki güclü xarakter bir araya gələndə münasibət romantikadan çox hakimiyyət savaşına çevrilir. Barışsalar belə, uzun sürən küsülük bu cütlüyün klassik problemidir.
Buğa və Dolça
Buğa sabitlik və ənənə tərəfdarıdır. Dolça isə sərbəstliyi, dəyişiklikləri və gözlənilməz qərarları sevir. Bir tərəf sakit ailə həyatı qurmaq istəyərkən, digər tərəf sərhədlərdən qaçmağa çalışır. Astroloqlara görə, bu münasibətdə ən böyük problem "fərqli həyat tərzi” olur.
Qız və Oxatan
Qız bürcü planlı, detallara önəm verən və məsuliyyətli xarakterə sahibdir. Oxatan isə sərbəst ruhlu, spontan və qaydaları çox da sevməyən bürcdür. Qızın davamlı iradları Oxatanı sıxa, Oxatanın rahat davranışları isə Qızı əsəbiləşdirə bilər. Bir müddət sonra münasibət sevgidən çox qarşılıqlı tənqidə çevrilir.
Balıqlar və Əkizlər
Balıqlar duyğularla yaşayan romantik bürcdür. Əkizlər isə dəyişkən xarakteri və qərarsızlığı ilə tanınır. Balıqlar münasibətdə dərin bağlılıq axtardığı halda, Əkizlər daha sərbəst davranmağa meyllidir. Nəticədə biri özünü yetərincə sevilməyən, digəri isə boğulan tərəf kimi hiss edir.
/Metbuat.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://shownews.az
archiveBu xəbər 09 May 2026 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri