Evlər baha, alan isə çox: Bəs bu evləri kimlər alır?
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Azərbaycanda təkrar mənzil bazarında il ərzində həyata keçirilən alqı-satqı əməliyyatlarının məbləği 5,4 milyard manatı keçib.
2025-ci ildə Azərbaycanın təkrar mənzil bazarında 41 606 mənzil satılıb. Satılan mənzillərin ümumi sahəsi 2 milyon 704 min 211 kv.metr, bağlanmış əqdlərin ümumi məbləği isə 5 milyard 401 milyon 896 min manat olub.
Bir mənzilin orta satış qiyməti 129 835 manat, orta sahəsi isə 65 kvadratmetr olub. Bu hesabla ölkədə satılan mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1 998 manat təşkil edib. Eləcə də 5,402 milyard manatlıq illik göstəricini təqvim günlərinə böldükdə, Azərbaycanda təkrar bazarda orta hesabla hər gün təxminən 14,8 milyon manatlıq mənzil alqı-satqısı həyata keçirilib.
Ümumiyyətlə, bu gün əhalinin gəlirlərinin aşağı olduğu deyilsə də, ev alqısında iştirak edən vətəndaşların sayı kifayət qədərdir.
Bəs həmin evləri əsasən kimlər alır?
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Anar Nəsirov "Cebheinfo.az"-a bildirib ki, əmlak bazarı “domino effekti” ilə çalışır:
"Yəni bir əmlak sahibi öz əmlakını satırsa, yenidən əmlak bazarına müraciət edərək yenidən bir ev alır. Onun aldığı əmlakın sahibi də bu bazara daxil olmaqla ev alır. Beləliklə, “domino effekti” ilə bu bazar işləyir.
Dünyanın əksər ölkələrində bu, belədir. Ölkəmizlə bağlı rəqəmlərə gəldikdə isə əslində bu, elə də böyük bir rəqəm deyil. Həmin mənzillərin üçdə biri alıcı kimi iştirak edir. Digərləri isə təkrar alıcılardır. Ancaq bu zaman alıcı sayı çoxalmış olur.
Bazarın hazırkı iş prinsipi bu cür işləyir. Burada iştirakçıların bir hissəsi yeni alıcılar olsa da, digər hissə əmlak alqı-satqısı ilə məşğul olanların payına düşür. Bazarda daşınmaz əmlak üzrə ipoteka krediti ilə müraciət edənləri sayı 40-45 faiz təşkil edir.
Onların aldığı mənzilin sahibləri də yenidən mənzil bazarına müraciət edir. Bu zəncirvari prosesdə dövriyyədə olan vəsait bir neçə dəfə bazara daxil olur. Digər tərəfdən bir qrup alıcı bazarda yeni mənzil almağa üstünlük verirlər.
Müasir standartlara cavab verən, yeni tikililərə, rahat yaşayış şəraitinə uyğun evlərə maraq göstərirlər. Məhz bu baxımdan da alıcılar köhnə binalara o qədər də üstünlük vermirlər, tələbat daha da azalır.
Ancaq köhnə tikililərdə məzillərin qiyməti yeni tikililərə nisbətən daha az qalxır. İstismar müddəti başa çatmış, fərdi həyət evlərinə maraq azalır".
Onun sözlərinə görə, əsasən qiymət artımı yeni binalarda, çıxarışı olan mənzillər də daha çox müşahidə edilir:
"Bundan başqa müqavilə sənədi ilə satılan mənzillər də var. Nəzərə alsaq ki, ipotekanın verilməsində evlərin çıxarışının olması vacib şərtdir, bu baxımdan alıcılar məhz "kupça"sı olan yeni binalara üstünlük verirlər. Bununla yanaşı çıxarışı olmayan mənzillərin alqı-satqı üçün hüquqi sənədi olmadığı üçün alqı-satqılarda görünməməsi ehtimalı var".
Ekspert deyir ki, mənzil alanların əksər hissəsi Rusiyada yaşayan azərbaycanlılardır:
"Bundan əlavə son vaxtlar, 2025-206-cı illərdə bir çox Avropa ölkələrində yaşayan soydaşlarımızın, xüsusilə Bakıda və Abşeron yarımadasında daşınmaz əmlaka yatırım edirlər.
Qiymətlərə gəldikdə isə dünyanın bir çox ölkələrində daşınmaz əmlak bazarı tələb və təklif üzərində qurulduğu üçün tələb çox olduqda qiymətlər artır.
Ölkəmizdə rayonlarda ev alanların sayı azdır. Həmin bölgələrin sakinləri də əsasən Bakıdan və ətraf ərazilərdən ev alırlar. Məhz bu baxımdan həmin ərazilərdə daşınmaz əmlakın qiymətlər müvafiq faiz dərəcələrində artır".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: evlər Anar Nəsirov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 Sentyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















