Evlər niyə çökür? RƏSMİ
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Xətai rayonunda fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində torpaq sürüşməsi və çökmə hadisəsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bildirib ki, hadisənin əsas səbəbi kollektor xəttinin üzərində tikilmiş obyektlərin yaratdığı əlavə yük olub. Nəticədə kanalizasiya şəbəkəsində qəza yaranıb.
Qurumdan verilən məlumata əsasən, Bakı Su Kanal İdarəsinin əməkdaşları əraziyə baxış keçirərək vəziyyəti qiymətləndiriblər. Problemin aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət edildiyi qeyd olunub.
ADSEA bir daha xatırladıb ki, su və tullantı su xətlərinin, kollektorların, eləcə də onların mühafizə zonalarının üzərində hər hansı tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir və bu cür hallar ciddi risklər yarada bilər.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 İyun 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















