Evlər satışa çıxarıldı Cəmi 24 manat
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Belarusun Qrodno vilayətinin Dolqaya kəndində torpaq sahəsi ilə birgə yeddi yaşayış evi cəmi 45 Belarus rubluna (təxminən 24 Azərbaycan manatı) satışa çıxarılıb.
Turkustan.az xəbər verir ki, ölkədə tərk edilmiş və sahibsiz qalan evlərin dövlət tərəfindən hərraca çıxarılaraq rəmzi qiymətə satılması layihəsi çərçivəsində təklif olunan bu mülklər birbaşa 1 baza vahidi dəyərində qiymətləndirilib.
Yerli icra hakimiyyətinin məlumatına görə, satışa çıxarılan hər bir evin özünəaid geniş torpaq sahəsi var və hərracsız, birbaşa müraciət qaydasında satılır.
Mülkləri təkcə Belarus vətəndaşları deyil, həm də xarici ölkə vətəndaşları maneəsiz əldə edə bilərlər. Qeyd olunur ki, bu cür addımların atılmasında əsas məqsəd kənd ərazilərini bərpa etmək, boş qalmış torpaqları təkrar təsərrüfat dövriyyəsinə qaytarmaq və regionlara yeni sakinləri cəlb etməkdir./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Sentyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















