Icma.az
close
up
RU
Evlərdə partlayışlar buna görə baş verir Mütəxəssis rəyi

Evlərdə partlayışlar buna görə baş verir Mütəxəssis rəyi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, dünən Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib. Təəssüf ki, bu, ilk və son belə hadisə deyil. Baş verən partlayışlar ictimaiyyətdə haqlı narahatlıqlara səbəb olur. Maraqlıdır, yaşayış binalarında niyə partlayışlar olur?

Burada məsuliyyət kimin üzərinə düşür?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, partlayışlar müxtəlif səbəblərdən baş verə bilər.

Onun sözlərinə görə, baş verən partlayışın səbəbi aidiyyəti qurumların araşdırmasından sonra məlum olur:

“Ümumiyyətlə, evdə qaz təsərrüfatı varsa, onun təhlükəsiz istismarı həyata keçirilməlidir. Yəni qaz təsərrüfatına aid olan təhlükəsizlik tələblərinə ciddi riayət edilməlidir. Həm qaz sızması, həm də dəm qazı əleyhinə detektorların olması mütləqdir. Bu detektorlar olduqca funksionaldır. Qanunvericilikdə də məsələ öz əksini tapıb ki, bu cihazlar olmalıdır. Həmin cihaz olduqda qaz sızması zamanı qazın klapanı dayanır və bədbəxt hadisənin, faciənin qarşısı alınır. Bir sözlə, detektorun olması təhlükəsizlik baxımından çox uyğundur”.

Elmar Nurəliyev

E.Nuraliyev deyib ki, qaz təsərrüfatına dair olan tələblərə ciddi riayət edilməlidir:

“Qaz təsərrüfatına hər hansı kənar müdaxilələr edilməməlidir, qaz cihazları təhlükəsizlik normativlərinə uyğun olaraq istifadə edilməlidir. Yəni layihədən əlavə kənar müdaxilə yolverilməzdir. Təmir, yerdəyişmə, nasazlığın aradan qaldırılması – bunlar ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Lakin hansısa kənar müdaxilə və ya yerdəyişmə, qeyri-metal borularla qazı bir yerdən digər tərəfə keçirmə, rezin şlanklardan və yaxud başqa vasitələrdən istifadə etmək qəti yolverilməzdir. Ona görə qaz təsərrüfatı olan yerdə təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır ki, sonda faciə, bədbəxt hadisə meydana çıxmasın”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri