Evlərdə təmizləyici dövrünü bitirəcək: Tək toxumla 10 litr suyu təmizləyir
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Evlərdə təmiz içməli su əldə etmək üçün istifadə olunan süni təmizləyici sistemlərə təbii bir rəqib tapılıb. "Möcüzə ağacı" kimi tanınan Moringa (Moringa oleifera) ağacının toxumları sudakı mikroplastikləri və çirkləri təmizləmək qabiliyyətinə malikdir.
Milli.Az xəbər verir ki, moringa toxumu özü kran suyundakı mikroplastikləri təmizləməkdə %98,5 nisbətində uğur qazanır.
Toxumlar sudakı mikroplastikləri maqnit kimi özünə çəkərək bir-birinə yapışdırır (laxtalandırır) və onların filtrasiya olunmasını təmin edir.
Bu təbii üsul, hazırda geniş istifadə olunan və sinir sistemi xəstəlikləri ilə əlaqələndirilən alüminium-sulfat qədər effektivdir.
Kimyəvi təmizləyicilərdən fərqli olaraq, Moringa toxumu zəhərsizdir, təbiətdə tam həll olur və zərərli tullantı (palçıq) yaratmır.
Cəmi bir ədəd Moringa toxumu təxminən 10 litr suyu təmizləmək üçün kifayətdir.
Bu ağacın toxumlarından suyun təmizlənməsi üçün min illər əvvəl qədim yunanlar, romalılar və misirlilər tərəfindən də istifadə edilib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 03 May 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















