Evlərə bu üsulla daxil olub dələduzluq edən şəxs saxlanıldı
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb.
DİN-in mətbuat xidmətindən “Ölkə.az”a verilən məlumata görə, naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırma aparılır.
R.Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 May 2025 05:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















