Icma.az
close
up
RU
Evlərimizi bəzəyən bitki niyə təhlükəlidir? Bədənimdə səpkilər əmələ gəldi

Evlərimizi bəzəyən bitki niyə təhlükəlidir? Bədənimdə səpkilər əmələ gəldi

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli bloqer Məryəm Can dibçək gülündən zəhərlənib.

Bu barədə bloqer sosial şəbəkə hesabında paylaşım edib.

Bitkini düzəltmək istəyərkən gövdəsinin qırıldığını və içindən çıxan mayenin üz və ağız nahiyəsinə sıçradığını deyən qadın qısa müddətdə dilində yanma, uyuşma və kəkələmə hiss etdiyini, danışmaqda çətinlik çəkdiyini bildirib.

Yalnız həkim müdaxiləsindən sonra bloqerin vəziyyəti stabilləşib.

Söhbət difenbaxiya bitkisindən gedir.

Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğudan məlum olub ki, ölkəmizdə də bu bitkidən zəhərlənənlər var.

"Həmin güldən mən də zəhərlənmişəm. Bədənimdə səpkilər əmələ gəldi, bir müddət xəstəxanada müalicə aldım", - sakinlərdən biri deyib.

"Gülü sevən tikanına dözər" deyiblər. El arasında "ağlayan çiçək" kimi tanınan bu bitkinin tikanı olmasa da, ciddi riskləri var.

Həkim Abbas Bağırov da bildirir ki, bu bitki kəskin tənəffüs çatışmazlığı yarada, dəridə allergik reaksiyalara səbəb ola bilər:

"Bundan əlavə, mərkəzi sinir sistemindəki reseptorların fəaliyyətini bloklayaraq ürək-qan-damar sisteminin işini poza bilər. Bəzi hallarda bu, ölümlə nəticələnə bilər".

Qədim zamanlarda difenbaxiyadan qulların danışmaması, həmçinin ox uclarına zəhər kimi çəkilərək istifadə edilməsinə dair məlumatlar da var.

Odur ki ətrafınızda "ağlayan çiçək" varsa, onlara toxunmamağınız tövsiyə edilir.

Daha ətraflı videomaterialda:

Evlərimizi bəzəyən bitki niyə təhlükəlidir? - "Bədənimdə səpkilər əmələ gəldi"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 May 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri