Icma.az
close
up
RU
Evlərin qiyməti kəskin bahalaşacaq (AÇIQLAMA)

Evlərin qiyməti kəskin bahalaşacaq (AÇIQLAMA)

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq. 

Bəs bahalaşmanın səbəbləri nədir?

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Kənan Qulizadə açıqlama verib:

“Bakının bəzi ərazilərindəki evlərin qiyməti son 3 ildə 2 dəfədən daha çox artıb”.

İqtisadçının sözlərinə görə, 2022-ci ilin mart-aprel aylarında paytaxtın mərkəzi rayonlarında yeni tikililərin qiyməti xeyli aşağı oluba>. Mənzil bazarında baş verən qiymət artımlarının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Nəsimi və Xətai rayonlarında xüsusilə 3 il əvvəl kvadratı 1600-2000 civarında olan mənzillər hazırda 2300-5000 manat aralığındadır. Bu bilavasitə sünii bahalaşmadır. Bu bahalaşmanın səbəbləri tikinti materialları, tikinti xidmətlərinin baha olması ilə bağlıdır.

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ şəhər ərazisində qeydə alınıb. Həmçinin Nardaran bağlarında torpaq 70 faiz bahalaşıb. Ekspert artım prosesinin davamlı olacağını bildirir. Baxmayaraq ki, 2023-cü ilin sonunda Bakı şəhərinin baş planı təsdiq olundu və bu dövrə kimi tikinti şirkətlərinə verilən icazələrin sayı məhdudlaşdırıldı. Artıq məhdudlaşma ilə bağlı hər hansı əsas yoxdur. Buna baxmayaraq yeni başlayan inşaat layihələrinin sayı azdır. Bu da o deməkdir ki, bu ilin sonuna kimi tikinti şirkətləri arasında rəqabət olmayacaq.

Ekspert onu da qeyd edib ki, paytaxtda 150-dən çox bina qəzalı vəziyyətdədir. Bununla bağlı rəy verilib ki, həmin binaların istismar müddəti başa çatıb. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb. Bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyasi davam edəcək.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 May 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri