Icma.az
close
up
RU
Evlərində oturmuşdular Onları indi dünya danışır

Evlərində oturmuşdular Onları indi dünya danışır

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Honqkonqu matəmə qərq edən “Wang Fuk Court” yanğını 128 nəfərin ölümü ilə nəticələnib və bu, 1948-ci ildən bəri şəhərdə baş verən ən ağır yanğın hesab olunur.

“Qafqazinfo” xəbər verir ki, Tay Po rayonunda yerləşən yaşayış kompleksində baş verən yanğın saniyələr içində bir neçə mərtəbəni əhatə edib.

Yanğının sürətlə yayılmasına binada aparılan təmir işləri zamanı istifadə olunan tezalışan izolyasiya materialları, evakuasiya çıxışlarının məhdudluğu və siqnalizasiya sisteminin gec işə düşməsi səbəb olub. Hakimiyyət bu hadisəni müasir Honqkonqun ən faciəvi yanğını adlandırıb.

Buna bənzər böyük yanğınlardan biri 1996-cı ildə “Garley Building”də baş verib.

Bir neçə gün əvvələ kimi şəhərin əvvəlki ən böyük yanğını da məhz o hesab olunurdu.

41 nəfərin ölümü ilə nəticələnən yanğın o vaxt təmir zamanı aparılan qaynaq işləri səbəbindən başlayıb lift şaxtasından sürətlə yayılmışdı.

Elə o faciədən sonra da hökumət lift sistemləri və təmir mexanizmləri ilə bağlı təhlükəsizlik standartlarını sərtləşdirmişdi.

2011-ci ildə Monqkokda baş verən bazar yanğını da uzun müddət gündəmdə qalmış, 9 nəfərin ölümü ilə nəticələnmişdi.

Elektrik kabellərinin həddən artıq yüklənməsi və qeyri-leqal köşklərin sıx düzülməsi hadisənin miqyasını daha da artırmışdı.

1972-ci ildə Şekkip Mey qəsəbəsində baş verən hadisədə isə 24 nəfər həlak olmuşdu.

Taxta konstruksiyalı köhnə bina bir neçə dəqiqə ərzində alova bürünərək tamamilə yararsız vəziyyətə düşmüşdü. Həmin hadisə şəhərdə köhnə məhəllələrin mərhələli yenilənməsi prosesinə start verilməsi üçün zəmin yaratmışdı.

Budəfəki yanğın isə təkcə insan itkisi sayına görə deyil, həm də müasir, yeni təmir olunan binada baş verməsi baxımından digərlərindən fərqlənir. Əvvəlki illərdəki böyük yanğınların əksəriyyəti ya köhnə konstruksiyalı binalarda, ya da ticarət obyektlərində baş vermişdisə, bu dəfə faciə müasir yaşayış kompleksində qeydə alınıb.

Ölüm sayının kəskin yüksək olması isə bir neçə amillə əlaqələndirilir.

Burada xüsusilə yanıcı izolyasiya materiallarının istifadəsi, tüstünün qapalı koridorlara sürətlə yayılması, bəzi çıxışların təmir səbəbindən qismən bağlı olması, sakinlərin gec xəbərdar edilməsi.

Lakin ən yanğının belə dəhşətli hal almasında əsas səbəb kimi bambuk materialından olan konstruksiyalardan istifadə olunması əsas gətirilir. Qeyd edək ki, Honkonq bambuk çərçivələrin tikintidə geniş istifadə olunduğu azsaylı yerlərdən biridir. 

Təhlükəsizlik səbəbindən hökumət bu ilin mart ayında bu praktikadan tədricən imtina etmək qərarı verib.

Rəsmilər artıq şəhərdə yanğınla bağlı qaydaların yenilənməsi, istehsalda istifadə olunan materiallara nəzarətin gücləndirilməsi və köhnə binaların təkrar auditindən ibarət genişmiqyaslı plan hazırladıqlarını bildirir.

Hazırladı:Telli Minbir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri