Icma.az
close
up
RU
Evlilik sevgini öldürür? Psixoloqdan AÇIQLAMA

Evlilik sevgini öldürür? Psixoloqdan AÇIQLAMA

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Ailə həyatı qurduqdan sonra tərəflərin bir-birinə qarşı sevgi hissəsinin “öldüyünə” dair fikirlərə tez-tez rast gəlinir. Bu fikirlərin həqiqi olub-olmaması illərdir müzakirə olunur və fərqli yanaşmalar mövcuddur.

Bəs psixoloji baxımdan bu iddianın əsası varmı? Həqiqətənmi evlilik sevgini zəiflədir?

Psixoloq Aydan Məmmədova Sfera.az-a açıqlamasında bildirib ki, evlilik sevgini zəiflətmir, sadəcə münasibətlərin dinamikasını dəyişir.

“Evlilikdən sonra ilkin ehtirasın və romantizmin azalması normal prosesdir”, - deyən A.Məmmədova qeyd etdi ki, bunun səbəbi münasibətlərin yeni bir mərhələyə keçməsi, həyatın təzyiqləri və gündəlik qayğılarla bağlıdır:

“Sevgi yox olmur, sadəcə onun ifadə forması dəyişir. Evlilikdə sevgi daha stabil və dərin bir formaya keçir. Evliliyin ilk mərhələsində hər şey yenidir, insanlar bir-birini kəşf edir və bu, münasibətə xüsusi həyəcan qatır. Lakin zaman keçdikcə bu həyəcan azalır və sevgi daha çox qarşılıqlı anlayış, emosional dəstək və güvən üzərində qurulur”.

Onun sözlərinə görə, münasibətlərin monotonlaşması və gündəlik qayğıların çoxalması insanlarda sevginin itməsi kimi bir hiss yarada bilər:

“Əslində, bu, sevginin itməsindən çox, ona yetərincə diqqət ayrılmaması ilə bağlıdır. Münasibətlərə qayğı göstərilmədikdə, cütlüklər arasında emosional məsafə yarana bilər. Amma bunun qarşısını almaq mümkündür”.

A.Məmmədova bildirib ki, evlilikdə sevgini qorumaqda əsas çətinliklər monotonluq, stress, kommunikasiya çatışmazlığı və emosional ehtiyacların ödənilməməsidir:

“Evlilik illər keçdikcə vərdişə çevrilə bilər. Bu zaman tərəflər bir-birinə sevgi göstərmək üçün əvvəlki qədər səy göstərmir. Halbuki münasibətləri canlı saxlamaq üçün həm qadın, həm də kişi eyni dərəcədə çalışmalıdır. Xüsusilə açıq və səmimi ünsiyyət çox vacibdir”.

Psixoloq vurğulayıb ki, sevginin qorunması üçün tərəflər bir-birinə vaxt ayırmalı, yeniliklər etməli və birgə keyfiyyətli zaman keçirməyə çalışmalıdırlar:

“Kiçik jestlər belə münasibətə müsbət təsir edə bilər. Məsələn, bir-birinizə xoş sözlər demək, sürprizlər etmək və birgə maraqlı fəaliyyətlərə qatılmaq evliliyi monotonluqdan xilas edə bilər”.

A.Məmmədova qeyd edib ki, evlilikdə ehtirasın azalmasının əsas səbəbi beyində baş verən nevroloji dəyişmələrdir:

"Başlanğıcda münasibət yeni olduğu üçün beyin bu yeniliyə daha çox maraq göstərir və yüksək dopamin ifraz olunur. Lakin zaman keçdikcə beyin bu həyəcanı öyrənir və eyni reaksiyanı vermir. Bu, sevginin yox olması demək deyil, sadəcə münasibətlərin daha stabil bir mərhələyə keçməsi anlamına gəlir".

O, bildirib ki, evlilikdə ehtirası qorumaq mümkündür:

“İlk illərdəki həyəcanı daim eyni səviyyədə saxlamaq çətin olsa da, tərəflər öz münasibətlərini yeniləyə bilər. Bəzən adi bir səyahət, fərqli bir mühitdə vaxt keçirmək və ya yeni bir hobbi paylaşmaq münasibətlərə yeni nəfəs verə bilər”.

A.Məmmədova vurğulayıb ki, fiziki yaxınlıq da evlilikdə mühüm rol oynayır:

“Cütlüklər bir-birinə toxunmaqdan, sevgi ifadə etməkdən çəkinməməlidir. Kiçik toxunuşlar, göz təması, birgə vaxt keçirmək münasibətlərin emosional bağını gücləndirir”.

Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Mart 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see287

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see277

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see274

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see268

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see258

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see258

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see255

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see250

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see250

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see244

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see231

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see231

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see230

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see223

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see222

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see220

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see218

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see213

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see207

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri