Icma.az
close
up
RU
Evlilik sonrasında məhəbbət ölürmü?

Evlilik sonrasında məhəbbət ölürmü?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı.

Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında “Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində “İki qızım vardı, indi bir oğlum da var” deyən qız anası da kürəkənini lənətləyirdi. Söz-söhbətə, dava-dalaşa səbəb nə idi? Səbəb çoxdur.

Hər il ölkəmizdə neçə-neçə nikah bağlanır. Bu, yaxşı haldır. Lakin hər il eyni zamanda neçə-neçə boşanma hadisəsi qeydə alınır. Bu isə pis haldır. Cəmiyyətimizin, dövlətimizin mənəvi sağlamlığı, möhkəm və qudrətli olması bilavasitə ailələrin uğurlu olmasından asılıdır. Ailə bütün fəaliyyət sahələrində həm ictimai həm də fərdi funksiyaları yerinə yetirir. Ailənin funksiyaları tarixi kateqoriyalardır, ənənəvi və müasir xarakter daşıyır. Danılmaz faktdır ki, ölkəmizdə xoşbəxt, uğurlu ailələrlə yanaşı həm də uğursuz, bir növ bədbəxt ailələr də vardır. Belə ailələr çox vaxt elə qonşuluğumuzda yaşayır, onların söz-söhbətlərinin, dava-dalaşlarının hər gün şahidi oluruq. Həmin ailələrin üzvlərindən bəziləri elə öz qohumlarımızdır. Və biz bu cür ailələrlə cox rastlaşiriq.

Bir birini sevən iki gənc ailə qurmağa tələsir. Onlar məhəbbətin xoşbəxt sonluğunu sevənlərin ailə qurmasında görürlər. Ancaq nağıllardaki kimi məhəbbətin xoşbəxt sonlugu evlənmək deyil. İki sevən gənc evləndikdə nağıl tamamlanır, həyatda isə kitab hələ təzə yazılmağa başlayır. Real həyatda məhəbbətə sahib cıxmaq elə evləndikdən sonra başlayır. Ailədə məhəbbəti, qarşılıqlı hörməti evləndikdən sonra qorumaq heyfslər olsun ki hər ailədə baş tutmur. Ailədə daxili konfliktlər, problemlər baş verir. Və bu da münasibətlərin pozulmasına, cütlüklərin qarşılıqlı hörmətsizliyinə və hal hazırda çox ailənin probleminə cevrilən boşanma hadisələrinə səbəb olur.

Boşanma mürəkkəb sosial hadisədir. O öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər-arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün, hər şeydən əvvəl ər-arvad münasibətlərində özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır.

Əvvəlcə gəlin belə bir sadə həqiqətdən başlayaq. Ailədə söz-söhbət var. Bunu hökmən qonum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mübahisəni həmin şəxslərin özləri ikilikdə həll etsinlər. Axı bir sıra hallarda üçüncü, dördüncü və s. nəfərin müdaxilə etməsi əslində “qaş düzəltmək yerinə vurub gözü də tökür”. Lap adicə, son dərəcə əhəmiyyətsiz və xırda məsələ üstündə ər-arvadın mübahisəsi günlərlə davam edə bilər və nəhayət, ciddi şəkil ala bilər. İxtilaflar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir.

Ümumiyyətlə mübahisəsiz, konfliktsiz ailə təsəvvür etmək olarmı? İnamla deyə bilərik ki, mübahisəsiz, konfliktsiz ailə olmur. Buna baxmayaraq 30, 40, 50 il davam edən çox ailələr vardır. Deməli, ailədə mübahisələr olur, amma mübahisə edən tərəflərin hər ikisinin və yaxud heç olmasa birinin mədəni səviyyəsi, bir-birinə olan sevgi, məhəbbət bu mübahisənin müəyyən bir çərçivədən çıxmasına imkan verməz.
İki şəxs bəxtini, qismətini birləşdirib ailə qurduqda bu ümumi ocağa hər biri öz “yükü” ilə gəlir. Lakin bu günə qədər “mənimki” deyilən hər bir şey indi yalnız “bizimki” ilə əvəz olunması üçün müəyyən səy göstərilməsi vacibdir. Bu yalnız maddi cəhətə deyil, mənəvi cəhətə də aiddir. Bu “bizim” prinsipi ər-arvad tərəfindən nə qədər qəbul olunarsa, xoşagəlməz mübahisələr, söz-söhbət də bir o qədər tez aradan qalxıb yox olar.

Bəzi ailələrdə isə əksinə olur. İlk vaxtlar güya bir birini sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdıraraq əvəzinə müqabil tərəflərin kin, ədavət hisslərini daha da kəskinləşdirirlər.

Nikahın ilk dövrlərində və, ümumiyyətlə, ər-arvad arasında konfliktlər nə səbəbə baş verir? Əhəmiyyətinə görə mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla gösterirler:

- Ər-arvad münasibətlərində etikanın pozulması xəyanət, qısqanclıq).

- Bioloji uyğunsuzluq.

- Ər-arvaddan birinin və ya hər ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması.

- Həyata marağın və tələblərin uyğunsuzluğu.

- Uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi.

- Ər-arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması.

- Valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.

Hər ailədə xoşagəlməz hadisələr baş verir. Mühüm olan bu hadisələri sakitliklə, qarşılıqlı hörmətlə aradan qaldırmaqdır. Və real həyatın sonluğunu gülərüz tamamlamaqdır.

Rəsulova Kəmalə,

Azərbaycan Müəllimlər İnstitutu

Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi

Dushunce.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri