Icma.az
close
up
RU
Evren Alkaya “Sərhədçi”də sistemi dəyişib

Evren Alkaya “Sərhədçi”də sistemi dəyişib

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Milli komandalara görə uzun bir fasilə oldu”.

İdman.biz xəbər verir ki, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasındakı fasilədən maksimum yararlanmağa çalışdıqlarını bildirib: “Biz də uğursuz seriyamızı dayandırmaq üçün istədiyimizi əldə edə bilmədiyimiz oyunçularla yollarımızı ayırdıq. Hələ də vidalaşacağımız basketbolçular var.Yeni transferlərimiz var. Fasilədə komandaya çox istirahət vermədik, məşqlər etdik. Çünki bu cür uzun fasilələrdə uşaqları formada saxlamaq lazımdır. Yeni gələn oyunçuları da komandamıza adaptasiya etməyə çalışırıq”.

Alkaya ölkə çempionatında durumlarına da toxunub: “Qarşımızda NTD klubu var və son zamanlarda yaxşı işlər görürlər. Heyətlərini gücləndiriblər, bu günlərdə daha bir oyunçu aldılar. Çox yaxşı komanda oldular. Biz də yaxşı kollektivik, hər mövqedə güclü oyunçularımız var. Sadəcə bu, son oyunların nəticələrində özünü göstərmədi. Çatışmazlıqları aradan qaldırmağa, sonu qədər meydanda mübarizə aparan bir komanda olmağa çalışdıq. Hər kəs “Sərhədçi”nin necə komanda olduğunu bilir. Biz bu liqada ən üst səviyyəyə çıxacağıq. 4 nömrə mövqeyində dəyişiklik etdik və bununla da sistemimizi dəyişmiş olduq”.

O, növbəti turda NTD ilə matçın vacib olduğunu vurğulayıb: “Əlimizdən gələni etməyə, ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Yuxarı pillələrdə qərarlaşmaq istəyirik. 3-cü mərhələnin son oyunudur. Daha sonra son qrup matçları olacaq. İnanıram ki, qrupu ən yuxarı yerlərdə bitirəcəyik. Önəmli olan kubokda və çempionatda ən yaxşı şəkildə nəticə qazanmaqdır. Mən və komandam buna inanırıq”.

Qeyd edək ki, NTD - “Sərhədçi” matçının bu gün saat16:00-da start götürəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri