Icma.az
close
up
RU
Evsiz bölgə təmsilçiləri premyer liqanın damı altında...

Evsiz bölgə təmsilçiləri premyer liqanın damı altında...

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəli, premyer-liqa futbol ictimaiyyətinin əksər nümayəndələri tərəfindən ifadə edilən "Bakı çempionatı" statusundan xilas olmağa çalışır.

"Turan Tovuz", "Şamaxı" və "Araz-Naxçıvan" kimi bölgə təmsilçilərinin ardından "Qəbələ", "İmişli" və "Karvan"ın da elita klubları sırasında qərarlaşmasına yalnız sevinmək olar. Əlbəttə, uzun illərdi bu yarışda varlığını qoruyub-saxlayan "Qarabağ"la "Kəpəz"i də unutmamalıyıq.
Qısası, 2025/26 mövsümündə iştirak edəcək 12 komandadan səkkizi bölgə təmsilçisi olacaq. Ancaq nədənsə bunu fikirləşəndə qəlbdə təkcə sevinc yox, həm də kədər hissi yaranır. Niyəsi məlumdu.
"Qarabağ"la "Araz-Naxçıvan" növbəti mövsümdə də ev oyunlarını Bakıda keçirəcək. Çünki "İmarət" və Naxçıvan şəhər stadionlarının araya-ərsəyə gətirilməsi üçün azı bir il də vaxt lazım olacaq. Digər tərəfdən, süni ot örtüyünü təbii qazonla əvəzləmək istəyən "Turan Tovuz"un, Gəncə şəhər stadionunda davam edən inşa prosesi səbəbindən "Kəpəz"in durumu ürəkaçan deyil. Nəzərə alaq ki, "sarı-göylər" ev oyunlarını "bozqurd"un stadionunda keçirirdi. Bu azmış kimi, premyer-liqanın tələblərinə uyğun hala gətirilib-gətirilməyəcəyi bəlli olmayan Heydər Əliyev adına İmişli şəhər sadionunun taleyi də bəlli deyil, "Karvan"ın Yevlax şəhər stadionunda görməli olduğu işlərin nə vaxt bitəcəyi də. Yalnız Şamaxı şəhər stadionunun vəziyyəti qənaətbəxş görünür ki, burda da projektor yoxdu. Üstəlik ot örtüyü sünidi.
İş ondadı ki, problem bununla bitmir. "Karvan" ev oyunlarını keçirmək niyyətində olduğu idman qurğusunun ot örtüyünü süni etmək niyyətindədi. "İmişli"nin isə Ağsu şəhər stadionunda meydana çıxacağı haqda xəbərlər var. Və təəssüf ki, həmin arenanın da ot örtüyü sünidi.
Əlbəttə, bir neçə cümlə ilə ölkə futbolunun əcəlinə çevrilən problemi və aradan qaldırılmayacağı təqdirdə özünü büruzə verməyə davam edəcək çatışmazlıqları ətraflı izah etmək mümkün deyil. Ancaq bəhs edilən məsələlərin fəsadları illərdi göz çıxarır. Bu ərəfədə verilən düzgün qərar bəlkə də xeyli klub üçün gələcəyə edilən ciddi yatırımın təməli olacaq. Əks halda, nə klublardan, nə də milli komandalardan “dişə vurulası” uğur gözləmək sadəlövhlükdən başqa bir şey deyil.
Odu ki, bölgə təmsilçiləri çox ciddi sınaqla üz-üzədi. Ya premyer-liqanın söz sahiblərinə çevriləcəklər, ya da "Bakı çempionatı"nın filiallarına...
KƏNAN BAHADIR 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri