Icma.az
close
up
RU
Əvvəl Bakıda, indi Vaşinqtonda... Mirozyan ABŞ dövlət katibi ilə “Tramp yolu”nu müzakirə edəcək

Əvvəl Bakıda, indi Vaşinqtonda... Mirozyan ABŞ dövlət katibi ilə “Tramp yolu”nu müzakirə edəcək

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bu gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüş keçirəcək. Görüş barədə ilk məlumatı ABŞ Dövlət Departamenti yayıb və görüşün Ermənistan vaxtı ilə saat 21:00-da keçiriləcəyini bildirib.

Daha sonra görüşdə dövlət katibinin müavini Huker də iştirak edəcək.

Ermənistan hökumətindən verilən məlumata görə, Mirzoyan işgüzar səfərlə ABŞ-yə bu gün yola düşüb, səfər iki gün davam edəcək. Səfər çərçivəsində TRIPP layihəsinin icrası ilə bağlı birgə bəyanat verilməsi planlaşdırılır.

Qeyd olunur ki, ABŞ nümayəndələri “Trampın Yolu” layihəsinin icrası ilə bağlı məsələləri bir gün əvvəl Bakıda müzakirə ediblər.

Həmçinin, il ərzində Vaşinqtonda Ermənistan və Azərbaycanın səfirləri ABŞ hökumətinin yüksək vəzifəli şəxsləri və iş adamları ilə bağlı qapalı görüşlər keçiriblər, mövzu isə “Trampın Yolu – beynəlxalq sülh və tərəqqi üçün” layihəsi olub.

Ermənistanın Baş naziri daha əvvəl bildirmişdi ki, ölkə amerikalı tərəfdaşlarla layihənin ümumi şərtlərinin müəyyən edilməsi üzrə intensiv danışıqlar aparır. ABŞ-nin Ermənistandakı diplomatik missiyasını başa vurmaqda olan səfir Kristina Kvini bildirib ki, Vaşinqton hazırda Ermənistan hökuməti ilə birlikdə “Trampın Yolu” layihəsinin və Vaşinqton memorandumlarından irəli gələn tədbirlərin həyata keçirilməsi mexanizmlərini formalaşdırır.

Qeyd edək ki, Vaşinqtondakı əməkdaşlıq qrupu bu iş çərçivəsində ilk görüşünü 18 dekabr 2025-ci il tarixində keçirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri