Icma.az
close
up
RU
Əvvəl bir gün deyirdi, indi altı ay... Ukraynadakı savaşı Tramp da BİTİRƏ BİLMƏYƏCƏK?

Əvvəl bir gün deyirdi, indi altı ay... Ukraynadakı savaşı Tramp da BİTİRƏ BİLMƏYƏCƏK?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni prezidenti Donald Tramp hələ seçki kampaniyası dövründə hakimiyyətə gələn kimi dərhal, 24 saata Ukrayna müharibəsini bitirəcəyini vəd edib. Amma hadisələrin gedişi göstərir ki, o bu məsələni 1 günə həll edə bilməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:
Tramp Zelenskini müharibəni dayandırmağa çağırdı


Belə ki, Tramp Floridadakı mətbuat konfransında Ukraynadakı münaqişəni 6 ay ərzində bitirə biləcəyinə ümid etdiyini bildirib. Jurnalistlərin Ukraynadakı münaqişənin bitməsinə nə qədər vaxt lazım olduğunu soruşduqda o, belə cavab verib: “Ümid edirəm altı ay ərzində. Bu, müddət ərzində bunun mümkün olacağına ümid edirəm".
Bundan əvvəl isə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News”a müsahibəsində qeyd edib ki, ölkə başçısı Ukraynadakı münaqişəni mümkün qədər tez bir zamanda bitirmək istəyir:
"O, bu məsələni mümkün qədər tez həll etmək istəyir. Düşünürəm ki, o, yaxın vaxtlarda bunu bacaracaq. Tramp nəticə əldə etmək üçün özünə 100 gün vaxt verib. İnsanlar başa düşməlidirlər ki, o, nə Putinə, nə də ruslara heç nə verməyə çalışmır. Ukraynanı xilas etmək və suverenliyini qorumaq istəyir”.
Beləliklə görünən odur ki, 1 günə Ukrayna problemini həll edəcəyini deyən Tramp indi də bunun üçün 6 ay zaman istəyir.
Tramp da müharibəni bitirə bilməyəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, tərəflərin sülh təklifləri arasında kəskin fərqlərin olması səbəbindən problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Trampda məhz bu səbəbdən problemin həlli üçün 6 ay vaxt istəyib:
“Tramp anlamağa başlayıb ki, Ukrayna məsələsini nəinki bir günə, ola bilsin heç 6 aya da nizamlamaq mümkün olmaya bilər. Müharibə tərəflərinin mövqeləri arasında ciddi fərqlər var. Rusiya tələb edir ki, Ukrayna şərqdəki 4 vilayəti və Krımı bütünlüklə Moskvaya təhvil versin. Habelə, Rusiyanın nəzərində Ukrayna NATO-ya qəbul edilməməli, nüvə silahına malik olmamalıdır. Kremlin tələblərindən biri də sanksiyaların aradan götürülməsidir. Onlar həmçinin digər alçaldıcı şərtlər də irəli sürürlər.
Zelenskinin təqdim etdiyi sülh planında isə birinci tələb Ukraynanın NATO-ya üzv olmasıdır. Bu tələblər arasında Rusiyaya iqtisadi təzyiq yolu ilə onu danışıqlara məcbur etmək də yer alıb. Ukrayna Prezidenti sülhə nail olmaq üçün ABŞ-dan “Tomahawk” raketləri də istəyir. Yəni tərəflərin sülh təklifləri arasında beləcə kəskin fərqlər var”.
Ekspert qeyd edir ki, Tramp istəyinə çatmaq üçün tərəflərə təzyiq göstərməlidir ki, bu da müəyyən zaman aparacaq:
“Onun Ukraynaya təzyiq imkanları kifayət qədərdir. Vaşinqton Kiyevə yardımı kəssə, Ukrayna müharibəni davam etdirmək gücündə olmayacaq. ABŞ-ın Rusiyaya təzyiq imkanları isə çox azdır. Hətta yox dərəcəsindədir. Çünki təzyiq yolu ilə Moskvanı sülhə məcbur etmək mümkün olmayacaq. Üstəlik Trampın özü də Putinsayağı bəyanatlar verir. O, Qrenlandiyanı, Kanadanı alacağını bəyan edir, gah da Panama kanalını istəyir.
Bu şəraitdə isə həmin planların icrası üçün Trampın Rusiya və Çinin dəstəyinə ehtiyacı var. Belədə onun Rusiya və Çinlə dil tapmağa gedəcəyi də istisna deyil. Nəticədə o, Ukraynaya təzyiq göstərməklə onu sülhə məcbur edəcək. Bu da asan məsələ deyil. Ona görə də 24 saata müharibəni dayandıracağını deyən Tramp indi bunun üçün 6 ay vaxt lazım gəldiyini söyləyir. Ancaq Ukraynaya təzyiq etməsə, məsələni 6 aya da həll etmək mümkün olmayacaq”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri