Əvvəl toya kəllə qənd aparardılar, indi 5 mərtəbəli plastmas tort gətirirlər
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Əvvəl bilirdin ki, bir nişan üzüyü var idi. Ona bəxt üzüyü deyirdilər. Oğlanın və qızın barmağına taxardılar, vəssalam. İndi həri, nişan üzüyü, toyda taxılan başqa bir üzük. Üstəgəl də komplekt zinət əşyası öz yerində. Minimum 3 üzük taxırlar. Son vaxtlar bu adətlər haradan peyda olur?".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, bəzi toy adətlərinin sonradan gəldiyini deyib:
"Toyda tort mərasimi. Əvvəllər toya kəllə qənd aparardılar, onu qırıb paylayardılar. Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər. Bu adət bizə haradan gəldi? Toylarımızdakı şərbət şəlalasi, bəlkə də gözəl görünür. Amma 1990-2000-ci illərdə belə şeylər yox idi, sonradan gəldi. Sonradan gələn çox adətlər var, amma elələri də var ki, artıq gedib".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















