“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Bayern” və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musialanın səhhəti ilə bağlı problemləri fonunda ona tələsməməsi tövsiyə olunub.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, Almaniya millisinin baş məşqçisi Yurgen Klopp 23 yaşlı futbolçunun ilk növbədə sağlamlığına fokuslanmalı olduğunu bildirib:
"İndi əsas məsələ ona lazım olan vaxtı verməkdir. Belə vəziyyətdə səbrsizlik etmək olmaz. O, bunun üçün ideal klubdadır. Ona deyirik ki, əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq".
Qeyd edək ki, Musiala 2025-ci ildə ağır ayaq biləyi zədəsi səbəbindən 6 ay yaşıl meydanlardan uzaq qalıb. O, bu mövsüm öncəsi hazırlıq zamanı iki dəfə huşunu itirib və daha sonra ona nevroloji disfunksiya səbəbindən qısamüddətli absans tutmaları diaqnozu qoyulub.
Xatırladaq ki, Musiala “Bayern”də 230-dan çox oyuna çıxıb və 69 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 31 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















