Əxlaqsızlığı təbliğ edən serialla bağlı tədbir görüldü FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Asena Keskincinin çəkildiyi serialla bağlı RTÜK araşdırma başlayıb.
Milli.Az xəbər verir ki, Türkiyənin Radio və Televiziya Üst Qurumu RTÜK aktrisa Asena Keskincinin baş rolda çəkildiyi "Jasmine" serialı ilə bağlı araşdırma başladığını açıqlayıb.
RTÜK-ün məlumatına görə serialın bəzi səhnələri ilə bağlı quruma çoxsaylı şikayətlər daxil olub. Qurum bildirib ki, sözügedən məzmun ailə dəyərlərinə ziddir, milli və mənəvi prinsiplərlə uzlaşmır və ümumi əxlaq normalarına uyğun deyil.
Açıqlamada vurğulanıb ki, xüsusilə rəqəmsal platformalarda yayımlanan serialların uşaqlara və gənclərə təsiri nəzərə alınaraq, bu cür məzmunlar diqqətlə yoxlanılır. RTÜK ailə institutuna və cəmiyyətin dəyərlərinə zərər verən yayımlarla bağlı lazımi tədbirlərin görüləcəyini bildirib.
RTÜK araşdırmanın nəticəsinə uyğun olaraq qərar veriləcəyini açıqlayıb.
Qeyd edək ki, Asena Keskinci son vaxtlar vaxtilə rol aldığı Bez Bebek serialındakı rol yoldaşı Evrim Akın barədə səsləndirdiyi iddialarla da gündəmdə olub. Bu müzakirələrlə paralel olaraq "Jasmine" serialına yönələn şikayətlər RTÜK-ün diqqətini cəlb edib.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















