Əyləc əvəzinə qaza basdı 5 nəfəri vurdu ANBAAN VİDEO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistanın Haryana ştatında sürücülük təhsili alan bir tələbə avtomobilin idarəetməsini itirərək yol kənarında oturan beş nəfəri vurub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə qəza nəticəsində iki nəfər ağır yaralanıb.
Hadisə yanvarın 4-də, saat 14:50 radələrində Kaytal şəhərində baş verib. Təcrübəsiz sürücü əyləc əvəzinə səhvən qaz pedalına basıb və avtomobil idarəetmədən çıxaraq yol kənarında oturan tacirlərə çırpılıb.
Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə üç nəfərin zərbədən dərhal sonra ayağa qalxdığı, digər iki nəfərin isə avtomobilin altında sürükləndiyi görünür.
Ağır yaralanan şəxslər dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır. Polis sürücü namizədlərinin daha təhlükəsiz ərazilərdə təlim keçmələri üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Yanvar 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















