Icma.az
close
up
RU
Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı VİDEO FOTOlar

Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı VİDEO FOTOlar

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda yerləşən əyləncə məkanında baş verən silahlı insident zamanı, spirtli içki qəbul edib davaya səbəb olan iki nəfər, məkanın sahibi Mustafa Aksakallını, məşhur aktrisa Ezgi Molanın keçmiş həyat yoldaşını ayağından güllələyib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı yaşanan panika mobil telefon kamerasına da əks olunub.

Məlumata görə, hadisəni törədən iki nəfər saxlanılıb.

Hadisə necə baş verdi?

Gecə saatlarında Çeşmənin Hacıməmiş məhəlləsində yerləşən əyləncə məkanında içki içən M.E.A. və H.K.A. adlı şəxslər səs-küy salaraq çevrəyə narahatlıq yaradıblar. Buna qarşılıq olaraq məkanın sahibi Mustafa Aksakallı müdaxilə edib. Qısa müddətdə başlayan mübahisə əlbəyaxa davaya çevrilib və bu zaman şübhəlilərdən biri Aksakallıya tapança ilə atəş açıb. Aksakallı və Z.G. adlı başqa bir şəxs ayağından yaralanıb.

Qaçmağa çalışarkən xəsarət aldılar

Silah səsləri məkan daxilində böyük panikaya səbəb olub. İnsanlar təlaşla məkandan qaçmağa çalışıb. Bu zaman R.B.C. (33), D.B. (21), K.E. (20), A.İ.T. (20) və E.Y. (20) adlı şəxslər yerə səpələnmiş şüşə qırıntılarından yüngül xəsarət alıblar.

Hadisə kameraya düşdü

Ayağından vurulan Aksakallı yerə yıxılıb. Hadisə anı mobil telefon kamerası ilə lentə alınıb və görüntülərdə ard-arda 4-5 atəş səsi eşidilir. Əyləncə iştirakçıları silah səslərini eşidən kimi masaların altına girərək qorunmağa çalışıblar. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. İki şübhəli şəxs saxlanılıb.

7 yaralının vəziyyəti yaxşıdır

Yaralılar təcili tibbi yardım maşınları ilə Çeşmə Alper Çizgenakat Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlər bildiriblər ki, yaralanan 7 nəfərin də vəziyyəti yaxşıdır. Hadisə ilə bağlı araşdırma davam edir.

Kənan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri