Eyni müəllim, eyni tədris, bəs niyə fərqli nəticə? Valideynləri narahat edən suala cavab tapıldı
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çox valideynin baş sındırdığı suallardan biri də budur: necə olur ki, eyni repetitorun yanında hazırlığa gedən, hətta təxminən eyni zəkaya, sahib olan iki uşaqdan biri uğur qazanır, digəri isə geri qalır?
Mütəxəssislər bildirir ki, uğurun sirri yalnız zəkada deyil. Bəzən fərqi yaradan şey intizam, motivasiya, psixoloji vəziyyət və insanın öz potensialından necə istifadə etməsidir.
Bizim.Media xəbər verir ki, pedaqoq, İELTS mütəxəssisi Ramilə Musayeva bildirir ki, eyni müəllimin tədrisi, uşaqlarda eyni İQ səviyyəsi olsa belə nəticələrin fərqli olması çox normaldır. Adətən fərqi yaradan əsas amillər olur:
“Hər insanın intizamı və əzmi eyni deyil. Bir uşaq hər gün mütəmadi hazırlaşır, digəri isə yalnız həvəsi olanda... Zaman keçdikcə, bu, böyük fərq yaradır. Zəkaları eyni olsa da məqsədli uşağın oxuması ilə valideyn təzyiqi ilə oxuyan uşaq eyni deyil. Bundan başqa, çevrə faktoru, ailə problemləri, özgüvən çatışmazlığı da öyrənməyə ciddi təsir edir”.
Mütəxəssis diqqətə çatdırdı ki, bəzi uşaqlar vizual, bəzisi praktik nəticələrlə, digəri isə təkrar vasitəsilə daha yaxşı qavrayır. Adətən utancaq uşaqlar ilk səhvdə və ya danlaqda özlərinə qapanırlar. Ona görə də belə utancaq, bədbinliyə meyilli olanlar qrup dərslərinə deyil, fərdi dərslərə qatılmalıdırlar. Xaraktercə sosial, ünsiyyətcil, rəqabət sevən uşaqlar isə qrup hazırlıqlarında uğur qazanırlar.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 25 May 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















