Eyyub Yaqubovun konsertində təkcə mahnı yox, səhnəciklər də olub FOTOLAR
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Xalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında keçirilən solo konsert proqramı öncəsi media nümayəndələrinin suallarını cavablandırıb, yaradıcılığı və konsertlə bağlı fikirlərini bölüşüb.
"Cebheinfo.az" xəbər verir ki, sənətkarın sözlərinə görə, üç gün davam edəcək konsert proqramı hər gün tamaşaçıların böyük marağı ilə qarşılanıb və bütün biletlər satılıb.
Konsert proqramı təkcə Eyyub Yaqubovun dillər əzbəri olan mahnıları ilə deyil, həm də xüsusi hazırlanmış səhnəciklərlə yadda qalıb. Tamaşaçılara təqdim olunan bu səhnəciklər sənətkarın uşaqlıq illərindən başlayaraq bu günə qədər keçdiyi həyat və sənət yolunu əks etdirib.
Kövrək məqamlarla zəngin olan səhnəciklər konsertə xüsusi rəng qatıb. Gecə ərzində Eyyub Yaqubov repertuarının ən sevilən mahnılarını səsləndirib.
Sarayı dolduran tamaşaçılar isə bütün mahnıları sənətkarla birlikdə birağızdan oxuyaraq konsertə unudulmaz ab-hava bəxş ediblər. Möhtəşəm konsert proqramının sonunda tamaşaçılar Xalq artistini alqışlarla yola salıblar.
Səmimi atmosferi, yüksək peşəkarlıqla hazırlanan səhnə quruluşu və kövrək anları ilə yadda qalan konsert Eyyub Yaqubovun sənətinə olan böyük sevginin və tamaşaçı rəğbətinin növbəti dəfə bariz nümunəsi olub.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 07 İyul 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















