“Əziyyətlə fərqlənirik, amma …” Maksimov
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının IX turunda öz meydanında “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk növbədə matç haqqında fikirlərini bölüşdü:
– Əsas problemimiz rəqiblərə hədiyyələr bəxş etməyimizdir. Qapımızda bəsit və mənasız qollar gördük. Özümüz çox böyük əziyyətlə fərqlənirik, lakin bunun əksinə, qapımızda inanılmaz dərəcədə asan toplar görürük. Futbolçular meydanda maksimum güclərini ortaya qoymağa çalışırlar, amma fərdi xətalar qaçılmaz olur.
– Mövsümün gedişində vəziyyəti dəyişmək üçün hansı addımlar atılacaq?
– Bütün problemlərimizi yaxşı dərk edirik. Komandada nəyisə bir anda dəyişmək həddindən artıq çətindir. Lakin bu o demək deyil ki, məğlubiyyətlərlə barışmalıyıq. Mübarizəni davam etdiririk və hazırki vəziyyətdən çıxmaq üçün çalışırıq.
– “Sumqayıt”la oyunda olduğu kimi, bu matçda da komanda ikinci hissədə fiziki və taktiki baxımdan gerilədi…
– Bəli, həmin mənzərəni açıq şəkildə görürük. “Sumqayıt”la qarşılaşmada da 1:0 öndə idik, lakin ikinci yarıda nəsə çatışmadı. İkinci hissələrdə komanda fiziki və psixoloji olaraq geriyə düşür, lazımi müqaviməti göstərə bilmir. Oyunu gücləndirmək üçün əvəzetmələr edirik, lakin təəssüf ki, gözlədiyimiz effekti ala bilmirik.
– Gələcək turlarda sadə xətaların qarşısını almaq mümkün olacaq?
– Hazırkı məqamda nəyisə kəskin dəyişə bilmərik, lakin belə primitiv xətaları təkrarlamaq olmaz. Hər oyunda özümüz öz qapımıza qol gətiririk. Bu dərəcədə asan top buraxıb, öndə çətinliklə fərqlənəndə xal qazanmaq imkansızlaşır. Baş verənləri təhlil edib yolumuza davam edəcəyik.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 Oktyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















