Əziz Ələkbərli: Ermənilər yaşadıqları ərazidə Azərbaycan izlərini silməyə çalışırlar
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"200 illik tarixi təcrübə göstərir ki, ermənilər Cənubi Qafqazda yaşadıqlarını, bu saxtakarlığı dünyaya sübut etmək üçün bütün vasitələrə əl atıblar. Ona görə də yaşadıqları ərazidə Azərbaycan izlərini silməyə çalışırlar".
Bunu ki, Qərbi Azərbaycan İcmasının mətbuat konfransında qurum sədri Əziz Ələkbərli Oxu.Az-ın sualına cavab olaraq deyib.
O bildirib ki, Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda dağıdılan mədəni irsimizin monitorinqi ilə bağlı dəfələrlə UNESCO-ya müraciət olunsa da, ikili standartlar qərəzsiz yanaşmaya mane olub:
"Lakin biz müxtəlif peyk görüntüləri vasitəsilə, hətta azərbaycanofob dövlətlərin peyk görüntüləri vasitəsilə sonuncu deportasiya zamanı dağıdılan 300-ə yaxın yaşayış məntəqəsində 600-ə yaxın qəbiristanlıqda monitorinq keçirdik. Məlum oldu ki, qəbiristanlıqların 450-si tamamilə məhv olub, 150-sinin ancaq sadəcə yeri qalıb. Təəssüf ki, cəmi iki kəndin qəbiristanlığını müəyyən edə bildik. Bu istiqamətdə işimizi davam etdiririk. Hazırda Qərbi Azərbaycan ərazisində məscid və türbələrimizin monitorinqi aparılır. Təbii ki, hər kəs törətdikləri əməllərə görə cavab verəcək".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 28 Noyabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















