Əziz Əlibəyli: Qələbə yalnız hərbi deyil, mənəvi və insani dəyərdir
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son zamanlar Qərbi Azərbaycana qayıdış prosesi bəzi dairələr tərəfindən ekzistensial təhlükə kimi təqdim olunur. Lakin bu yanaşma reallığı əks etdirmir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri STM-in sektor müdiri Əziz Əlibəyli “Əzəli yurd” layihəsi çərçivəsində hazırlanmış “Tarixi yurda qayıdış: Qərbi Azərbaycan sənəd və mənbələrdə” adlı elektron kitabın rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.
Əziz Əlibəyli bildirib ki, məsələ qələbə anlayışının mahiyyətini dərk etməklə bağlıdır. Qələbə təkcə hərbi və ya siyasi nəticə deyil, həm də mənəvi və insani dəyərdir. Ən vacib məqam ondan ibarətdir ki, qəbul edilən qərarlar insanlığın normal və təhlükəsiz şəkildə yaşamasına xidmət etməlidir:
“Bu kontekstdə Ermənistanla bağlı məsələlər xüsusi diqqət tələb edir. Müxtəlif dövrlərdə atılmış addımlar və qəbul edilmiş qərarlar müəyyən məqsədlərə xidmət etsə də, onların real nəticələri və təsirləri ayrıca təhlil olunmalıdır. Bu səbəbləri əsaslandırmaq vacibdir, çünki münasibətlərin indiki vəziyyəti məhz həmin qərarların nəticəsidir”.
Onun sözlərinə görə, sənədlər göstərir ki, indiki proseslər əvvəlki rəhbərliklərin dövründə formalaşmış təsirlərin davamıdır. Xüsusilə dini və etnik faktorlar, o cümlədən xristian icmalarına aid məsələlər bu proseslərdə müəyyən rol oynayıb. Ermənistan tərəfinin müxtəlif sahələrdə, o cümlədən kommunikasiya və nəqliyyat əlaqələrində son 15 ildə apardığı siyasət də bu mənzərənin bir hissəsidir:
"2018-ci ildə Ermənistanda baş verən siyasi dəyişikliklər və mitinqlər cəmiyyətdə bir çox suallar doğurdu. Bu proseslərin mahiyyəti və məqsədləri hələ də tam aydın deyil və bu da mövzu ətrafında müzakirələrin davam etməsinə səbəb olur".
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















