Icma.az
close
up
RU
Əziz Sancardan böyük uğur Beyin xərçəngini yox etməyə nail olur

Əziz Sancardan böyük uğur Beyin xərçəngini yox etməyə nail olur

Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.



Nobel mükafatlı biokimyaçı Əziz Sancar və komandası siçanlar üzərində apardıqları inqilabi bir təcrübə nəticəsində aqressiv və ölümcül beyin xərçəngi növlərindən biri olan glioblastomanı tamamilə yox etməyə nail olublar.

Medicina.az qaynarinfo-a istinadən xəbər verir ki, aparılan araşdırma tibb dünyasında böyük əks-səda doğurub və xüsusilə glioblastomanın müalicəsində inqilabi inkişaf kimi qiymətləndirilir.

"Sancar Laboratoriyası"nda siçanlar üzərində aparılan bu uğurlu müalicədən sonra xərçəngin tam aradan qaldırıldığı və sağqalma göstəricilərinin nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunub.

Tədqiqatda "EdU” adlı kimyəvi maddə ilə "Temozolomid” (TMZ) adlı kimyaterapiya dərmanının kombinasiyası tətbiq edilib. Bu yanaşma xərçəng hüceyrələrinin məhv edilməsini təmin edərkən, sağlam beyin toxumasına zərər verməyib.

Bununla belə, əldə olunan ümidverici nəticələrə baxmayaraq, Əziz Sancar hələ görüləcək çox iş olduğunu bildirib və müalicənin insanlar üzərində tətbiq oluna bilməsi üçün Amerika Sağlamlıq İnstitutundan rəsmi icazənin alınmasının vacibliyini vurğulayıb.

Nobel mükafatlı alim Əziz Sancarın rəhbərliyi ilə aparılan araşdırma biokimya dünyasında böyük rezonans doğurub. Sancar və komandası siçanlar üzərində apardıqları təcrübələrdə glioblastoma adlanan ölümcül beyin xərçəngini yüz faiz aradan qaldıra bilən bir üsul hazırlayıb.

Beyin xərçəngi deyildikdə ən ölümcül növlərdən biri kimi tanınan glioblastoma uzun illərdir tibb dünyasının ən çətin mübarizə sahələrindən biri hesab olunur. Lakin Əziz Sancar və komandası bu xəstəliyin müalicəsində dönüş nöqtəsi ola biləcək bir nailiyyətə imza atıb.

Siçanlar üzərində aparılan təcrübələr glioblastomalı heyvanların yüz faiz sağalmasını təmin edib. Nəticələr Əziz Sancarın üzvü olduğu Amerika Elmlər Akademiyasının PNAS adlı elmi jurnalında dərc olunub və tibb ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Əziz Sancar insanların üzərində klinik sınaqlara keçilməsindən əvvəl hələ uzun bir mərhələnin olduğunu bildirib. O, klinik sınaqlar üçün Amerika Sağlamlıq İnstitutundan icazə almaq məqsədilə müraciət etdiklərini açıqlayıb. Bununla belə, siçanlar üzərində əldə edilən bu nəticələr tibb dünyasında ciddi ümid yaradıb.

Əziz Sancar və komandası glioblastomanın müalicəsində istifadə olunan "Temozolomid” (TMZ) dərmanı ilə laboratoriyalarda geniş istifadə edilən "EdU” adlı kimyəvi maddəni birləşdirərək siçanlarda əhəmiyyətli sağalma əldə ediblər.

Preklinik glioblastoma siçan modellərində aparılan təcrübələr müalicə olunan heyvanların böyük hissəsinin 250 gündən çox yaşadığını göstərib ki, bu da müalicəyə olan ümidləri daha da artırıb.

Aparılan sınaqlarda glioblastoma xəstələrindən götürülmüş real şiş nümunələri üzərində testlər də keçirilib. Nəticələr "EdU”nun beyin toxumasına uğurla daxil olaraq şiş daxilindəki xərçəng hüceyrələrini öldürdüyünü, lakin sağlam beyin toxumasına zərər vermədiyini göstərib.

Bundan əlavə, müalicə olunan siçanlarda kimyaterapiyaya xas yan təsirlərin yalnız yüngül və geri dönən dəyişikliklər şəklində müşahidə olunması bu yanaşmanın potensialını daha da gücləndirib.

Glioblastoma müalicəsi ən çətin xəstəliklərdən biri kimi tanınır. İndiyədək tətbiq edilən müalicə üsullarında xəstələrin yalnız təxminən 7 faizi beş il və daha uzun müddət yaşaya bilib. "Temozolomid” (TMZ) ilə aparılan müalicələr isə çox vaxt müalicəyə cavab verməyən xəstələr üçün kifayət etmir.

Əziz Sancarın hazırladığı yeni müalicə metodu bu göstəricini əhəmiyyətli dərəcədə artıra bilər. Bu yanaşma həm xəstələrin həyat müddətini uzatmaq, həm də xəstəliyin daha effektiv nəzarət altına alınması baxımından mühüm addım hesab olunur.


MEDİCİNA.AZ


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 08 Yanvar 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri