Fabio Luis Ramim: Yaxşı azarkeş dəstəyi sayəsində islandlardan xal almaq olar
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan millisi bu gün uğurlu nəticə qazana bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan yığmasının milliləşdirilmiş braziliyalı sabiq futbolçusu Fabio Luis Ramim yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiyaya qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
O, bugünkü görüşdə Azərbaycan yığmasını dəstəkləyəcəyini bildirib: “Keçmiş komandamın nəticələrini izləyirəm. Azərbaycan mənə doğmadır. Bu gün millinin heyətində keyfiyyətli futbolçular var. Yaxşı azarkeş dəstəyi sayəsində islandlardan xal almaq olar”.
Millinin heyətində İslandiya seçməsinin qapısına vurulan yeganə qolun müəllifi olan 44 yaşlı veteran yarımmüdafiəçi həmin matçı da xatırlayıb: “Reykyavikdə təşkil olunan yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Həmin matçda vurduğum qol hələ də yaddaşımdadır. Gözəl oyun olmuşdu”.
Qeyd edək ki, Azərbaycan-İslandiya matçı bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 13 Noyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















