Fabreqas karyerası ərzində verdiyi ən doğru qərarı açıqlayıb
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İtaliyanın “Komo” futbol komndasının baş məşqçisi Sesk Fabreqas keçmiş klubu “Çelsi”də çıxış etdiyi dövrdən danışıb.
İdman.Biz xəbər verir ki, Fabreqas “Mirror” nəşrinə verdiyi müsahibədə London klubuna keçidini öz futbol karyerasındakı ən doğru addımlardan biri hesab etdiyini bildirib.
“Çelsi”də çıxış etdiyim üçün həyatda heç vaxt təəssüflənməyəcəyəm; əksinə, hər zaman “Çelsi” və orada keçirdiyim vaxt barədə danışanda bunu karyeram üçün ən yaxşı qərar hesab edəcəyəm”, - deyə o vurğulayıb.
Fabreqas 2014-dən 2019-cu ilədək “Çelsi”nin şərəfini qoruyub. Ümumilikdə “zadəganlar”ın heyətində 198 matçda iştirak edən ispaniyalı yarımmüdafiəçi 22 qol vurub və 57 məhsuldar ötürmə edib.
Fabreqasın “Çelsi” ilə qazandığı titullar arasında iki Premyer Liqa çempionluğu, bir İngiltərə Kuboku və bir UEFA Avropa Liqası titulu var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Mart 2026 04:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















