Fabreqas “Mançester Yunayted”in baş məşqçisi olmaq ehtimalını şərh etməkdən imtina etdi
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Mançester Yunayted”in sükanı arxasında Maykl Karriki əvəzləyə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirmək istəməyib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında belə bir sualı cavablandırmağı düzgün hesab etmədiyini söyləyib.
“Əminəm ki, bu suala niyə cavab verməyəcəyimi başa düşürsünüz. Çünki onu xoşagələn hesab etmirəm. Düşünürəm ki, belə bir suala cavab vermək "Mançester Yunayted" kimi möhtəşəm komandanı çalışdıran böyük futbolçu və məşqçi Maykl Karrikə qarşı kifayət qədər hörmətli davranış olmaz”, - deyə Fabreqas bildirib.
Qeyd edək ki, “Komo” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Mançester Yunayted”i qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Oktyabr 2026 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















