Fabritsio Romano ilə bağlı ciddi ittihamlar irəli sürüldü
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İngiltərənin məşhur “Daily Mail” nəşri futbol transferi xəbərləri ilə tanınan jurnalisti Fabritio Romano ilə bağlı ciddi iddialar səsləndirib.
İdman.Biz mənbəyə istinadən xəbər verir ki, Romanonun klublar və futbol agentləri üçün əlverişli olan məlumatları lazımi yoxlama aparmadan yayımlayır.
Yazıda onun bəzi “insayder” xəbərlərinin təsdiqlənmiş faktlardan çox, müəyyən tərəflərin maraqlarına uyğun formalaşdırılmış versiyalar ola biləcəyi vurğulanır.
Məqalədə Romanonun böyük auditoriyasının klublar, agentlər və digər futbol nümayəndələri üçün məlumat və PR platformasına çevrildiyi bildirilir.
Həmçinin bəzi klub əməkdaşlarının onunla əlaqə saxlamaqdan çəkindikləri və Romanonu ənənəvi jurnalistdən daha çox “influencer” kimi gördükləri iddia edilir.
Nəşr həmçinin Romanonun bəzi transferləri yekun razılaşma əldə edilməmişdən əvvəl “Here We Go” ifadəsi(Razılaşma əldə olundu! - red) ilə təqdim etdiyini və bunun danışıqlara təsir göstərə bildiyini yazıb.
Qeyd edək ki, Romanonun transfer xəbərləri futbol dünyasında böyük auditoriyaya malikdir. Onun sosial şəbəkələrdə paylaşdığı eksklüziv xəbərlər milyonlarla baxış toplayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 Avqust 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















