Icma.az
close
up
RU
Facebook taxtdan düşdü: Azərbaycan sosial mediada Instagramı seçdi

Facebook taxtdan düşdü: Azərbaycan sosial mediada Instagramı seçdi

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə "Instagram" olub. Platformanın ölkə üzrə istifadə payı 34,33 faiz təşkil edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Media Təhlil Mərkəzi (MTM) "Statcounter" Qlobal Statistika platformasının açıqladığı rəsmi məlumatlar əsasında təhlil aparıb.

İkinci yerdə 25,53 faiz göstərici ilə "Facebook" qərarlaşıb. Ən çox istifadə edilən sosial şəbəkələrin ilk üçlüyünü 18,68 faiz payla "YouTube" tamamlayıb.

Təhlilə əsasən, "Pinterest" istifadə payına görə 10,34 faizlə dördüncü, "X" (köhnə adı ilə Twitter) isə 7,18 faizlə beşinci yerdə qərarlaşıb.

Qalan 3,93 faiz pay isə "LinkedIn", "Reddit" və digər sosial şəbəkələrin hesabına düşür.

Bu göstəricilər Azərbaycanda sosial media istifadə vərdişlərinin əsas istiqamətlərini və platformalar üzrə mövcud rəqabət balansını əks etdirir.

Son beş il ərzində Azərbaycanda "Instagram", "Facebook" və "YouTube" ən çox istifadə olunan sosial şəbəkələr kimi qeydə alınıb. 2025-ci ildə bu platformalar istifadə payına görə ilk üçlüyü formalaşdırıb.

Açıqlanan rəsmi məlumatlara əsasən, "Instagram" 34,33 faiz, "Facebook" 25,53 faiz, "YouTube" isə 18,68 faiz göstərici ilə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıb. Digər sosial şəbəkələrin istifadəsi ilə bağlı göstərici 21,46 faizə bərabər olub.

2024-cü ilin statistik göstəricilərinə də baxsaq, oxşar tendensiyanın davam etdiyini görərik. Həmin il "Instagram" 35,33 faiz ilə birinci, "Facebook" 24,93 faiz ilə ikinci, "YouTube" isə 16,98 faiz ilə üçüncü yeri tutub.

Aparılan statistik təhlil göstərir ki, "Instagram" sosial şəbəkəsinin istifadə payı 2023-cü ildən etibarən digər platformaları geridə qoyaraq lider mövqeyə yüksəlib.

Belə ki, 2021-ci ildə sosial şəbəkələr arasında lider mövqedə 33,74 faiz göstərici ilə "Facebook" qərarlaşıb. Həmin il "YouTube" 19,1 faizlə ikinci, "Instagram" isə 13,85 faiz istifadə payı ilə üçüncü yerdə olub.

2022-ci ildə də oxşar mənzərə müşahidə edilib. "Facebook" 31,34 faizlə birinci, "YouTube" 23,73 faizlə ikinci yeri tutub. "Instagram" isə əvvəlki illə müqayisədə artım nümayiş etdirərək 18,45 faiz payla üçüncü pillədə qərarlaşıb.

2023-cü ildən etibarən isə sosial şəbəkələr üzrə balans dəyişib. Həmin il "Instagram" 36,16 faiz göstərici ilə ilk dəfə lider mövqeyə yüksəlib. "Facebook" 23,89 faizlə ikinci, "YouTube" isə 13,62 faizlə üçüncü yerdə qərarlaşıb.

Bu göstəricilər Azərbaycanda sosial media istifadəsində "Instagram"ın payının illər üzrə davamlı artdığını və 2023-cü ildən etibarən dominant platformaya çevrildiyini təsdiqləyir.

Aparılan təhlil zamanı məlum olub ki, 2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan internet brauzeri "Google Chrome" olub. Brauzerin ölkə üzrə istifadə payı 80,86 faiz təşkil edib. Qalan 19,14 faiz isə digər internet brauzerlərinin payına düşür. Bu kateqoriyaya əsasən "Safari", "Samsung Internet", "Opera", "Microsoft Edge", "Yandex Browser", "Mozilla Firefox" və digər brauzerlər daxildir.

Son beş ilin göstəricilərinin müqayisəli təhlili də "Google Chrome"un Azərbaycanda davamlı lider mövqeyini qoruduğunu göstərir. Belə ki, 2021-ci ildə brauzerin istifadə payı 77,89 faiz, 2022-ci ildə isə 76,66 faiz olub. 2023-cü ildə bu göstərici 77,31 faiz, 2024-cü ildə isə 78,48 faiz səviyyəsində qeydə alınıb.

Məlumatlar göstərir ki, son illər ərzində "Google Chrome" Azərbaycanda internet brauzerləri arasında stabil və üstün mövqeyini saxlayaraq bazarın əsas payına nəzarət edir.

Aparılan statistik təhlilə əsasən, 2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə "Instagram" olub. Platformanın istifadə payı 34,33 faiz təşkil edib. İkinci yerdə 25,53 faizlik göstərici ilə "Facebook", üçüncü yerdə isə 18,68 faiz payla "YouTube" qərarlaşıb.

Gürcüstan üzrə göstəricilər isə fərqli mənzərə ortaya qoyur. Bu ölkədə sosial şəbəkələr arasında "Facebook" açıq üstünlük nümayiş etdirir və 66,75 faiz istifadə payı ilə birinci yerdə qərarlaşır. "Instagram" 9,48 faizlə ikinci, "X" (Twitter) isə 6,58 faizlə üçüncü sırada yer alır. "YouTube"un izlənmə payı isə 5,46 faiz təşkil edir.

Ermənistanda da ən çox istifadə olunan sosial şəbəkə "Facebook" olub. Platforma 32,94 faiz istifadə payı ilə ilk sırada qərarlaşıb. İkinci yerdə 25,29 faizlə "Pinterest", üçüncü yerdə isə 12,28 faizlə "Instagram" yer alır. "YouTube"un bu ölkədə istifadə payı isə cəmi 5,34 faiz səviyyəsində qeydə alınıb.

Müqayisəli təhlil göstərir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın sosial şəbəkə istifadə vərdişləri ciddi şəkildə fərqlənir və hər üç ölkədə lider platformalar üzrə üstünlüklər müxtəlifdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri