“Facebook”da problem yarandı: İstifadəçilər hesablarına daxil ola bilmirlər
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, istifadəçilərin bildirdiyinə görə, onlar hesablarına daxil ola bilmirlər.
Ekrana "Hesab müvəqqəti olaraq əlçatmazdır. Saytda yaranan texniki problem səbəbindən hesabınız hazırda aktiv deyil. Bu problemin qısa müddətdə həll olunacağını gözləyirik. Zəhmət olmasa, bir neçə dəqiqə sonra yenidən yoxlayın”, -bildirişi gəlir.
Məlumata görə, bu xəbərdarlıq istifadəçilərin hesablarının bağlanması və ya oğurlanması anlamına gəlmir. Söhbət “Facebook”un serverlərində və ya sistemində yaranmış müvəqqəti texniki nasazlıqdan gedir.
Mütəxəssislər istifadəçilərə 10-15 dəqiqə gözlədikdən sonra səhifəni yenidən yükləməyi tövsiyə edirlər. Problem davam edərsə, brauzerin keş yaddaşını təmizləmək, başqa brauzerdən və ya mobil tətbiq vasitəsilə hesaba daxil olmağa cəhd etmək məsləhət görülür.
Qeyd edək ki, “Facebook” nasazlıqla bağlı hələlik rəsmi açıqlama verməyib. Problemin qlobal xarakter daşıyıb-daşımadığı və nə vaxt tam aradan qaldırılacağı isə hələ məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 19 İyul 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















