Facebookun işində nasazlıq yarandı
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən biri olan "Facebook"un işində nasazlıq yaranıb.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, platforma daxilində qlobal miqyasda böyük çökmə qeydə alınmasa da, bəzi istifadəçilər hesablarına daxil olmaq istəyərkən sistemin donması problemi ilə qarşılaşıblar.
Hesablarına giriş etməyə çalışan istifadəçilər brauzerin ünvan sətrində yönləndirmə xətası ilə üzləşiblər.
İstifadəçilərin ekranında aşağıdakı xəbərdarlıq peyda olub: "Hesaba müvəqqəti olaraq giriş mümkün deyil. Saytdakı nasazlıq səbəbindən hazırda hesabınıza giriş etmək mümkün deyil. Bu problemin qısa müddətdə həll olunacağını ümid edirik. Xahiş edirik, bir neçə dəqiqə sonra yenidən cəhd edin".
Baxış sayı:107
Bu xəbər 19 İyul 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















