Faciəli şəkildə ölən Xumar Milli Qəhrəmanın bacısı imiş Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən Xocalı sakinlərindən biri, 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısı olduğu müəyyən edilib.
BAKU.WS-in "Qafqazinfo"ya istinadla məlumatına görə, faciə zamanı onunla birlikdə qonaq gələn əmisi qızı Sevil Səlimova da həyatını itirib.
Qeyd edək ki, Araz Səlimov könüllü olaraq Xocalının özünümüdafiə batalyonlarından birində döyüşüb. Xocalı faciəsi zamanı o, onlarla dinc sakinin həyatını xilas edib. Lakin ermənilər onu Əsgəranda qardaşı Fəxrəddin Səlimovla birlikdə vəhşicəsinə qətlə yetiriblər. Araz Səlimovun atası da Xocalı faciəsi zamanı şəhid olub.
1997-ci ildə Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. O, Ağdam Şəhidlər Xiyabanında dəfn olunub.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 20 Dekabr 2024 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















