Faciənin fotosu filminin nümayişi keçirilib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
18 yanvar 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar –Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş "Faciənin fotosu" adlı film nümayişi keçirilib. Film Azərbaycan Fotoqrafları Birliyi (AFB) tərəfindən hazırlanmışdır. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Filmin ideya müəllifi Fərqanə Qasımlı, operatoru və montajçısı isə Ayaz Mikayılzadədır. AFB-nin təsisçisi Mirnaib Həsənoğlu filmin ərsəyə gəlməsi ilə bağlı ətraflı məlumat təqdim edib. Araşdırmalar nəticəsində məlum olub ki, 30 il əvvəl çəkilmiş fotoların təxminən yarısı itirilib.
Filmdə AFB, ARTFAKTOR agentliyinin və fotoqrafların şəxsi arxivlərindən olan fotoları saxlayan insanların düşüncələri əks olunub. Onlar film boyunca keçirdikləri hisslər və o dövrdə baş verən hadisələri paylaşmışlar. Film nümayişində həmin kadrları lentə alan Rasim Sadıqov, Ağaəli Məmmədov və Mirnaib Həsənoğlu da iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 21 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















