Icma.az
close
up
RU
Faciəvi döyüşün qurbanı olan boksçu vəfat etdi

Faciəvi döyüşün qurbanı olan boksçu vəfat etdi

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Keçmiş puerto-rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.

Futbolpress.az xəbər verir ki, idmançının vəfatı barədə onun atası Riçard Kolon sosial şəbəkədə məlumat yayıb.

Kolon peşəkar rinqdə debütünü 23 fevral 2013-cü ildə Katanoda Xavyer La Salyeyə qarşı keçirib və ilk raunddaca rəqibini nokaut edib. Gərgin döyüş qrafiki ilə seçilən idmançı 2013-cü ildə 5, 2014-cü ildə isə 7 görüşə çıxıb. Onun peşəkar karyerasının en yaddaqalan qarşılaşmalarından biri 9 sentyabr 2015-ci ildə Torontoda təcrübəli boksçu Vivian Harrislə mübarizəsi olub. Həmin görüşdə Kolon rəqibini 4-cü raundda nokautla üstələyib.

Harrislə döyüşdən cəmi bir ay sonra, 17 oktyabrda Virciniyada Terrel Vilyamsla qarşılaşıb. Sonradan proqrama əlavə edilən bu qarşılaşma onun karyerasında sonuncu olub. 9 raund davam edən döyüş ərzində Vilyams dəfələrlə rəqibinin başının arxa hissəsinə boksda qadağan olunmuş zərbələr endirib. Kolon referi Cozef Kuperə bu qayda pozuntuları barədə məlumat versə də, hakim onun şikayətlərinə məhəl qoymayıb.

​Dəfələrlə oxşar zərbələr alan idmançı 9-cu raundda karyerasında ilk dəfə nokdauna düşüb. Raundlararası fasilədə rinq həkimi Riçard Eşbiyə başının hərləndiyini bildirsə də, həkim onun döyüşü davam etdirməsinə icazə verib. Qarşılaşmanın bitdiyini zənn edən məşqçilər korpusu səhvən Kolonun əlcəklərini çıxardığı üçün boksçu diskvalifikasiya olunub.

​Döyüşdən dərhal sonra paltardəyişmə otağında vəziyyəti pisləşən, ürəkbulanma yaşayan və huşunu itirən idmançı xəstəxanaya çatdırılıb. Qanaxma və beyin şişməsi diaqnozu ilə təcili əməliyyat olunan puerto-rikolu boksçu 221 gün komada qalıb. Bir neçə mərkəzdə müalicə aldıqdan sonra Florida ştatının Orlando şəhərindəki evinə köçürülüb.

​2018-ci ildən anasının dəstəyi ilə fizioterapiya keçən və kompüter vasitəsilə ünsiyyət qurmağı öyrənən Kolon heç vaxt nitq qabiliyyətini bərpa edə bilməyib. Ömrünün sonunadək davamlı tibbi qulluğa möhtac qalan keçmiş boksçu 13 avqust 2026-cı ildə evində vəfat edib.

​Hadisədən sonra döyüşün rəqibi Terrel Vilyams ictimaiyyətin kəskin qınağı ilə üzləşib və sosial media hesablarını bağlamaq məcburiyyətində qalıb. Kolonun valideynləri isə 2017-ci ildə R. Eşbi və döyüşün təşkilatçılarına qarşı 50 milyon dollardan çox təzminat tələbi ilə məhkəmə iddiası qaldırsalar da, məsələyə illərlə baxılmayıb. Boksçunun anası bu məsələnin heç vaxt həll olunmayacağını düşündüyünü bildirib.

Qeyd edək ki, Kolon peşəkar karyerası ərzində keçirdiyi 17 döyüşün 16-da qalib gəlib (13 nokaut).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Avqust 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri