Faciəvi ekspedisiya: Britaniyalı meteoroloqun qalıqları 66 ildən sonra üzə çıxdı
Icma.az, Olke.az saytına istinadən bildirir.
1959-cu ildə itkin düşən britaniyalı meteoroloq Dennis “Tink” Bellin qalıqları 66 il sonra Antarktidadakı buzlaqlardan birində tapılıb.
Ölkə.az xəbər verir ki, bu barədə "CNN" məlumat verib.
Bell Kral Corc adasında keçirilən tədqiqat ekspedisiyasında iştirak edərkən faciəvi şəkildə həlak olub. O, dərin buz çatına yıxılıb. Onun həlak olduğu yer sərt şərait və buz örtüyünün qalınlığı səbəbindən uzun illər əlçatmaz qalıb. Yalnız bu yaxınlarda buzlağın əriməsi nəticəsində onun qalıqları aşkarlanıb. Cəsədlə birlikdə iki yüzdən çox şəxsi əşyası da tapılıb: radio avadanlığı, fənər, xizək çubuqları, qol saatı, isveç bıçağı, siqaret çəkənlər üçün pipa və digər əşyalar zaman içində sanki konservləşmiş vəziyyətdə qalıb.
Kəşf Bellin ailəsi üçün böyük sarsıntı olub. Avstraliyada yaşayan qardaşı Devid bildirib ki, bacısı ilə birlikdə bu xəbəri eşidəndə həm şok, həm də rahatlıq hissi keçiriblər.
Mütəxəssislər tapılmış qalıqların və əşyaların Böyük Britaniyaya gətirilməsini, ailəsinə təhvil verilməsini və gələcək nəsillər üçün Antarktidadakı elmi tədqiqatların bir hissəsi kimi qorunmasını planlaşdırırlar.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Avqust 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















