Faciəvi yol qəzası: Kadırovun bacısı oğlu məsuliyyətdən yayındı
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çeçenistan Hesablama Palatasının sədri və respublika rəhbərinin bacısı oğlu Yasin Zakriyev 20 iyul 2025-ci ildə Qroznıda ağır yol qəzası törədib.
Avtosfer.az xarici agentliklərə istinadən xəbər verir ki, hadisə nəticəsində bir ailənin ər-arvadı həyatını itirib, iki övladı isə ağır xəsarətlər alıb. Bu barədə İnsan Haqları Müdafiə Mərkəzi “Memorial” məlumat yayıb.
Məlumata görə, Zakriyev ailənin maşınına arxadan çırpılıb. Hadisədən bir gün sonra ölənlərin dəfn mərasimi keçirilib və yerli hakimiyyətin göstərişi ilə dərhal “barışdırma” aksiyası təşkil olunub. Hüquq-mühafizə orqanları isə cinayət işi açmayıb.
Qəza barədə müxalif “Niyso” hərəkatı da yazıb. Onların məlumatına görə, Zakriyev “çox yüksək sürətlə hərəkət edərək yaşlı ər-arvadın mindiyi avtomobilə çırpılıb”. Hər iki sərnişin hadisə yerində ölüb.(Musavat)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















