Faiq Ağayev bu hitini yeni versiyada oxudu
Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
Xalq artisti Faiq Ağayev repertuarının sevilən hitlərindən olan “Pəncərə”ni yeni versiyada dinləyicilərə təqdim edib.
OLAY yazır ki, mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə məxsusdur. Yeni versiyanın aranjımanı, miks və mastering işi də Givi Usenashvili tərəfindən həyata keçirilib. Gitara partiyaları isə İntizar Məmmədzadə tərəfindən ifa olunub.
Meqastar “Pəncərə”nin remake versiyasını 2025-ci ildə keçirilən DreamFest beynəlxalq musiqi festivalında ilk dəfə səsləndirib və həmin ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, “Pəncərə”nin orijinal ifası 2002-ci ildə təqdim olunub və qısa müddətdə dövrünün ən çox dinlənilən hitlərindən birinə çevrilib.
Baxış sayı:118
Bu xəbər 08 Mart 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















