Icma.az
close
up
RU
“Faiq Ağayevin o reaksiyasını alqışlayıram” İlhamiyyə Rza

“Faiq Ağayevin o reaksiyasını alqışlayıram” İlhamiyyə Rza

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xalq artisti Faiq Ağayevin dəvət edildiyi verilişin aparıcısı Zümrüd Bədəlovaya irad bildirməsi hələ də müzakirə edilir. Belə ki, ifaçı veriliş zamanı ünvanlanan sualdan narazı qalıb və açıq şəkildə aparıcını tənqid edib. Sənətçinin reaksiyası sosial mediada və tamaşaçılar arasında geniş müzakirələrə səbəb olub.

Globalinfo.az-a danışan telejurnalist, aparıcı İlhamiyyə Rza bildirib ki, audiovizual sənətin nəticələri yalnız “like” və baxış sayı ilə ölçüləndə, nəticə təəssüf ki, belə olur.

Onun sözlərinə görə, bəzən insanlar bəyənmədikləri, hətta ikrah doğuran səhnələrə də baxmaq instinktinə sahibdirlər:

“Diqqət etmisinizsə, hadisə baş verən yerlərə, qəza bölgələrinə çoxlu insan toplaşır. Soruşsanız ki, niyə dayanmısan, cavab verə bilməyəcəklər. O boyda adamın içində bəlkə də cəmi bir-iki nəfər yardım məqsədilə dayanıb. Qalanları sadəcə tamaşa edir, qan görmək, ölüm seyr etmək istəyir. Bu nə istəkdir belə? Cavabı insanın instinktlərində gizlidir. Dediyim budur ki, çox baxış heç zaman keyfiyyət demək deyil. Əgər say əsas meyardırsa, aparıcı və ya bloqqer dəridən-qabıqdan çıxacaq ki, baxış toplasın”.

İlhamiyyə Rza hesab edir ki, Zümrüd Bədəlova qalmaqaldan, konfliktlərdən uzaq, pozitiv ruhlu bir xanımdır:

“Onun bu qalmaqalı istəməsi mümkün deyil. Amma reytinq dalınca qaçmaq naminə Xalq artistinin şəxsi zonasına daxil olmaq yolverilməzdir. Özünə dəyər verən insan qarşısındakına da hörmət qoyar. Faiq Ağayev bu mənada şou-biznes dünyasında özünəməxsus mövqeyi olan sənətkardır. Onunla söhbət heç zaman adi, sadə və asan olmayıb, ola da bilməz. Çünki adamın bəlli bir miqyası var, bu, danılmazdır. Mən onun reaksiyasını alqışlayıram. Çox doğru, aparıcının şəxsiyyətinə toxunmadan, peşəkarcasına fikrini dedi. Və bu yalnız Zümrüd Bədəlovaya deyil, bütövlükdə şou-biznes verilişlərində hökm sürən ümumi mənzərəyə ünvanlanmış bir irad idi”.

Jurnalistin fikrincə, artıq zamanı çatıb ki, sənət camiyəsində hər şey öz adı ilə çağırılsın:

“Hər kəsə öz yerini göstərmək lazımdır. Çünki yerini bilməyən insanlar çoxalıb. Özü də elə publik sahələrdə. Faiq Ağayev başladı, qalanları da davam etməlidirlər. Qeyri-peşəkar yanaşmalara yol verilməməlidir. Sənət adamları özlərini sözün əsl mənasında müdafiə etməlidirlər. Sadəcə görünmək naminə, tiraj xətrinə, səviyyəsiz layihələrdə iştirak etmək düzgün deyil”.

İlhamiyyə Rza düşünür ki, əgər bir sənətçinin istedadı, sənəti və yaradıcılığı həqiqətən yüksəkdədirsə, onun aşağı səviyyəli platformalarda görünməyə ehtiyacı qalmayacaq:

“Bizi illərlə buna inandırıblar ki, əsas məsələ tirajdır. Amma elə deyil! Qətiyyən belə deyil. Elə də sevmədiyim Vladimir Poznerin məşhur bir ifadəsi var: “Əgər bir gün efirdə səhərdən axşamadək uzunqulağın arxasını göstərsələr, ertəsi gün o, ölkənin ən populyar uzunqulağına çevriləcək”. Yəni çox görünmək səni məşhur edə bilər, amma, sən nə qədər populyar olsan da, yenə də uzunqulaq olaraq qalacaqsan”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri